Tbilisidə güclü leysan küçələri su altında qoydu - Video

Kateqoriya məlum deyil
T
Gürcüstanın paytaxtı Tbilisidə yağan güclü yağış nəticəsində bir sıra küçələri su basıb, nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.
Sfera.az xəbər verir ki, məlumata görə, Ağmaşenebeli prospekti, Qldani, Avlabari və Ədliyyə Evinin ətrafı daşqından ən çox zərər görən ərazilərdir. Bəzi sürücülər avtomobillərini sudan çıxarmaq üçün əl ilə itələməyə məcbur qalıblar.
Tbilisi meri Kaxa Kaladze bildirib ki, şəhərin bütün aidiyyəti xidmətləri gücləndirilmiş iş rejiminə keçib və fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. \\milli.az
