Gürcüstandan deportasiya edilənlərin sayı artacaq

Bu il Gürcüstan ən azı dörd min qanunsuz miqrantı deportasiya etməyi planlaşdırır.
Sfera.az “Georgia News”a istinadən xəbər verir ki, bunu baş nazir İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, hökumət prinsipial miqrasiya siyasətini davam etdirəcək. Kobaxidze qeyd edib ki, son 12 ay ərzində Gürcüstandan əvvəlki 10 ildəkindən daha çox qanunsuz miqrant deportasiya edilib.
"Təxminən dörd il ərzində ölkədə qanunsuz miqrasiya problemi tamamilə aradan qaldırıla bilər ki, bu da Gürcüstan üçün çox vacib bir vəzifədir", - Kobaxidze bildirib.
Hökumətin hesablamalarına görə, ötən ilin sonuna qədər Gürcüstanda təxminən 20.000 qanunsuz miqrant var idi. Daxili İşlər Nazirliyinin məlumatına görə, bu il artıq 2203 qanunsuz miqrant Gürcüstandan deportasiya edilib ki, bu da 2025-ci ildə deportasiya edilənlərin ümumi sayından 70% çoxdur.
Firuzə Əliyeva
