İran dron istehsalını üç dəfə artırıb

İran dron istehsalını üç dəfə artırıb
Kateqoriya məlum deyil
T

ABŞ və İsrail ilə son hərbi münaqişə zamanı İranda dron istehsalı üç dəfə artıb.

Sfera.az xəbər verir ki, bu barədə İranın müdafiə naziri vəzifəsini icra edən briqada generalı Məcid Əbn ər-Rza bildirib.

Onun sözlərinə görə, münaqişə İran mütəxəssislərinin və qabaqcıl texnologiyalara qoyulan investisiyaların ölkənin müdafiə potensialının gücləndirilməsində əsas rolunu nümayiş etdirib.

O həmçinin vurğulayıb ki, döyüşlərin ən qızğın dövründə belə İranın müdafiə sənayesi problemsiz işləməyə davam edib və dronların istehsalı xeyli artıb./teleqraf

PAYLAŞ