Türkiyədə olan qəzetlərin sayı açıqlandı - RƏQƏMLƏR

Türkiyə Statistika Təşkilatı 2025-ci il üçün dövri nəşr statistikasını açıqlayıb.
Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, 2024-cü ildə 753 olan qəzet sayı ötən il 12,5 faiz azalaraq 659-a düşüb.
Qəzetlərin 95,9 faizi yerli, 3,3 faizi ölkə üzrə yayılan və 0,8 faizi regional nəşrlər olub.
Türkiyədə cəmi 22 qəzet ölkə üzrə yayımlana bilir.
Bu qəzetlərin illik tirajı ötən il 2024-cü illə müqayisədə 15,1 faiz azalaraq 392 797 801 olub.
Tirajın 81,9 faizi ölkə üzrə yayımlanan qəzetlərə aiddir.
Qəzetlərin sayı azalsa da xəbər saytlarının sayı artıb. 2024-cü ildə 349 olan xəbər saytlarının sayı ötən il 357-yə yüksəlib. Bu saytlara daxil olan unikal ziyarətçilərin ümumi sayı isə 8 840 299 804 nəfər olub.
Türkiyədə jurnalların da sayı azalır. 2024-cü ildə 474 olan jurnal sayı 2025-ci ildə 470-ə düşüb. Jurnalların 46,8%-i aylıq, 15,1%-i həftəlik nəşr edilib.
Qəzetlərin sayının azalması işçi sayına da təsir edib. Qəzetlərdə çalışan işçilərin sayı əvvəlki ildəki 4315-dən ötən il 3714-ə düşərək 13,9% azalıb.
İşçilərin 43,8%-i müxbir, 26,7%-i məsul katib, 20,3%-i redaktor, 7,1%-i köşə yazarı və 2,1%-i xəbər redaktoru kimi çalışıb.
İnternet xəbər saytlarında çalışan işçilərin sayı isə 2024-cü ildəki 3404 nəfərdən 2025-ci ildə 3690 nəfərə çatıb. Xəbər saytlarındakı işçilərin 39,3%-i müxbir, 37%-i veb redaktor, 10,9%-i idarəedici redaktor, 9,3%-i köşə yazarı və 3,5%-i xəbər redaktoru kimi çalışıb.
Vasif
