COP31 Türkiyədə keçiriləcək

COP31 Türkiyədə keçiriləcək
Kateqoriya məlum deyil
T

Türkiyə gələn il qlobal iqlim sammiti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasını (COP31) qəbul edəcək, Avstraliya isə hökumətlərarası danışıqlara rəhbərlik edəcək.

 

Sfera.az-ın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avstraliyanın Baş naziri Entoni Albaneze "Australian Broadcasting Corp Radio"ya açıqlayıb.

 

Onun sözlərinə görə, tərəflər kompromisə gəliblər - Türkiyə COP31 sammitinə sədrlik edəcək, "pre-COP" tədbirləri Sakit okean regionunda keçiriləcək, Avstraliya isə hökumətlərarası danışıqlara rəhbərlik edəcək.

 

"Biz düşünürük ki, bu həm Avstraliya, həm də Türkiyə üçün böyük qələbədir", - o bildirib.

 

Agentlik, həmçinin qeyd edir ki, Türkiyə COP31-i Antalya şəhərində keçirəcək.

 

Bu həftənin əvvəlində E.Albaneze bəyan edib ki, ölkəsi COP31-i Türkiyə ilə birgə keçirməyəcək.

 

Avstraliya və Türkiyə COP31-ə ev sahibliyi etmək üçün ərizələri hələ 2022-ci ildə təqdim ediblər və heç bir ölkə öz namizədliyini geri götürməyib, bu isə uzunmüddətli qeyri-müəyyənliyə səbəb olub.

 

BMT-nin qaydalarına görə, Avstraliya və Türkiyənin daxil olduğu "Qərbi Avropa və digər dövlətlər" (WEOG) qrupunun ölkələrinin yekdil razılığı tələb olunur. Əgər konsensus əldə olunmasa, ev sahibliyi hüququ avtomatik olaraq BMT-nin iqlim bölməsinin qərargahının yerləşdiyi Bonn şəhərinə (Almaniya) keçəcək. Lakin Almaniya hakimiyyəti artıq COP31-ə ev sahibliyi etməkdə maraqlı olmadığını bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR