Logo

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla sərhədi açır?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb.

Sfera.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Nazir məsələni ermənistanlı həmkarı ilə müzakirə etdiyini deyib. Onun sözlərinə görə, razılıq əldə olunacağı təqdirdə sərhəd-keçid məntəqələrinin açılması prosesi çox vaxt aparmayacaq.

Uraloğlu bu zaman Azərbaycan üçün əhəmiyyətli məsələlərin nəzərə alınacağını vurğulayıb.

Nazir sərhəd-keçid məntəqələrinin yaxın vaxtlarda açılacağına ümid etdiyini bildirib./modern

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR