Rusiya və İran Xəzərlə bağlı razılığa gəldi
Kateqoriya məlum deyil
Rusiya və İran ilk birgə dəniz konsorsiumu yaratmaq barədə razılığa gəliblər.
Sfera.az xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali X sosial media platformasında məlumat verib.
Cəlalinin sözlərinə görə, razılaşma 6-7 noyabr tarixlərində Mahaçqalada hər iki ölkənin iri şirkətlərinin və hökumətlərinin nümayəndələri ilə aparılan danışıqların nəticəsidir.
O əlavə edib ki, tərəflər artıq gələcək layihənin ümumi strukturunu və çərçivəsini müəyyən ediblər və razılaşmanın təfərrüatları və rəsmi mətni bir ay ərzində təqdim olunacaq./axar






