Azərbaycanlı iş adamı federasiyaya çağırıldı
Kateqoriya məlum deyil
“Ximki” klubunun keçmiş investoru, azərbaycanlı iş adamı Tufan Sadıqov Rusiya Futbol İttifaqının İntizam Komitəsinin iclasına dəvət edilib.
Sfera.az bildirir ki, bu barədə TASS-ın məlumat yayıb.
Məlumata görə, iclas noyabrın 7-də baş tutacaq və klubun maliyyə fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, ötən mövsüm “Ximki” Rusiya Premyer Liqasını 12-ci pillədə tamamlamışdı. Lakin maliyyə çətinlikləri səbəbindən klub liqadakı fəaliyyətini dayandırıb.
Sentyabrın 9-da Moskva vilayətinin arbitraj məhkəməsi “Ximki”ni rəsmi şəkildə müflis elan edib. Klubun ümumi borc məbləği 448 milyon rubl təşkil edir.






