Rusiyada zavod partladı - Ölən və xəsarət alanlar arasında Türkiyə vətəndaşları var

Dünya
18:45 / 31.01.2020
4315
Rusiyanın Oryol vilayətində rezin məmulatlar zavodunda partlayış baş verib.
Sfera.az trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həlak olub.
Ölənlərdən biri Türkiyə vətəndaşı olub. Bundan başqa, daha 3 Türkiyə vətəndaşı xəsarət alıb.
Qeyd olunur ki, partlayış qaz sızması nəticəsində baş verib.