Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Kiyevə səfər ediblər. Səfərdə əsas məqsəd Rusiyaya Ukraynada dərhal atəşkəs elan etməsi və sülh danışıqlarına başlamaqla bağlı çağırış etməkdir.

 

Sfera.az xəbər verir ki, İngiltərə hökumətinin yaydığı birgə bəyanatda bildirilir ki, Avropa liderləri ABŞ Prezidenti Donald Trampın Ukraynada sülh razılaşması təşəbbüsünü dəstəkləyir.

 

Onlar Rusiya tərəfinə “şərtsiz 30 günlük atəşkəs” çağırışı ediblər. Bəyanatda bu təşəbbüsün ədalətli və davamlı sülhə zəmin yaradacağı vurğulanır.

 

Avropa liderləri, həmçinin, Rusiya atəşkəsə razılıq vermədiyi təqdirdə Ukraynaya hərtərəfli dəstəyi artıracaqlarını bildiriblər.

 

Fransa prezidenti Emmanuel Makron Kiyevdən paylaşdığı açıqlamada Ukraynalıların yalnız özləri üçün deyil, bütün Avropa üçün mübarizə apardıqlarını qeyd edib. O, ədalətli və davamlı sülhün yalnız tam və şərtsiz atəşkəslə mümkün ola biləcəyini vurğulayıb və Ukraynanın təhlükəsizliyinin təmin olunmalı olduğunu bildirib.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...