Çin koronavirusla mübarizəyə 9 milyard dollar ayırdı

14:00 / 27.01.2020
1909
Çində yeni koronavirusun yayılmasının qarşısını almaq üçün 69,33 milyard yuan (8,74 milyard dollar) pul ayrılıb.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Maliyyə Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.
Xatırladaq ki, Çində virusa yoluxanların sayı 2744-ə, ölənlərin sayı isə 81-ə çatıb. (yeni sabah)