Toyda bu da oldu - Bəylə gəlin davaya qarışdı, şadlıq evinin rəhbərini döyərək əlindən pulları aldı

Toyda bu da oldu - Bəylə gəlin davaya qarışdı, şadlıq evinin rəhbərini döyərək  əlindən pulları aldı

Rusiyada daha bir maraqlı hadisə baş verib.

Sfera.az sözügedən ölkənin mətbuatına istinadən xəbər verir ki, Perm vilayətində təşkil olunan toy mərasimi kütləvi dava və məhkəmə ilə nəticələnib.

Bildirilir ki, münaqişəyə səbəb toy mərasiminin təşkilinə cavabdeh olan şəxslərin gələn qonaqlara keyfiyyətli xidmət göstərməməsi olub. Məclisdə düşən əlbəyaxa davaya isə bəylə gəlin də qarışıb. Şadlıq sarayının rəhbərliyinə hücum çəkən cütlük onu döyərək pullarını əlindən alıb.

Artıq işə polis də qarışıb və bəy-gəlinə qarşı soyğunçuluq maddəsi ilə cinayət işi açılıb. (yeni sabah)

 


OXŞAR XƏBƏRLƏR