İt sürüsü məktəbdən qayıdan uşağa hücum çəkdi - VİDEO

Dünya
22:30 / 24.01.2020
5897
Sosial şəbəkələrdə məktəbdən qayıdan uşağa it sürüsünün hücumu ilə bağlı kadrlar yayılıb. Xoşbəxtlikdən 15 yaşlı yeniyetmə birtəhər itlərdən canını qurtararaq evinə qaça bilib.
Bu barədə Vesti.ru xəbər yayıb.
Hadisə Rusiyanın Severouralsk şəhərində yaşanıb. Bildirilir ki, məktəbdən qayıdan uşağın evinə çatmasına cəmi bir neçə metr qalmış yeddi it üstünə hücum çəkib. Uşağın paltarı qalın olduğu üçün bəxti gətirib. Ancaq gödəkçəsinin və şalvarının yararsız hala düşdüyü bildirilir. (oxu.az)