“Həsrət nəğməsi”nin müəllifi: Artıq ikinci dəfədir bu mahnıma erməni ifaçılar “təcavüz” edirlər - ÖZƏL

“Həsrət nəğməsi”nin müəllifi: Artıq ikinci dəfədir bu mahnıma erməni ifaçılar “təcavüz” edirlər - ÖZƏL

Xalq artisti Röya Ayxan və müğənni Tunar Rəhmanoğlunun illər öncə oxuduqları "Həsrət nəğməsi” mahnısı erməni ifaçılar tərəfindən oğurlanıb.

Sfera.az xəbər verir ki, musiqisi Rəşad Bağırova, sözləri isə Vüqara məxsus olan bəstəni Levon Zaqaryan və Serine Hovhannisyan adlı erməni ifaçılar "İmacir Sirel em” adı altında yeni aranjimanda duet şəklində səsləndiriblər.

Mahnının sözlərinin müəllifi Artur Mesropyan olsa da, musiqinin kimə aid olması qeyd edilməyib.

 

Qalmaqallı məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı sözügedən mahnının müəllifi Rəşad Bağırovla əlaqə saxlayıb.

Məsələdən xəbər tutan müəllif hadisədən əsəbiləşdiyini vurğulayaq, mahnını sildirəcəyini bildirib:

"Mənim bu məsələdən xəbərim var. Mahnının kimə məxsus olduğunu yazmayıblar. Bəstənin sözlərini dəyişərək, təkcə sözlərinin müəllifi qeyd ediblər. Bu gün müəllif huquqları yolu ilə "Youtube”da yayımladıqları o videonu bloklayacağam. Artıq ikinci dəfədir ki, mənim bu mahnıma erməni ifaçılar "təcavüz” edirlər.

Keçən dəfə "Həsrət nəğməsi”ni oxusalar da, musiqisinin və sözlərinin kimə aid olduğunu qeyd etmişdilər. Mən isə əlimdə fakt olması üçün mahnını silmədim. Ermənilər öyrəşiblər, Azərbaycan mahnılarını oxuyub, öz adlarına çıxarmağa. Sonra gördüm ki, həmin şəxs müəlliflərin adlarını silib. Mən də blokladım.

Ötən gün axşam görürəm ki, erməni ifaçılar "Instagram”da mənə yazıblar ki, "birinci dəfə oxuyanı blok etmisənsə, bunu da et”. Mən də o zaman anladım ki bu bəstəmi yenidən ifa ediblər”.

Qeyd edək ki, qalmaqallı məsələni ilk dəfə axşam.az saytı işıqlandırıb. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...