400 minlik toyu ilə gündəmə gələn sabiq məmur qızını MƏHKƏMƏYƏ VERDİLƏR - FOTO

400 minlik toyu ilə gündəmə gələn sabiq məmur qızını MƏHKƏMƏYƏ VERDİLƏR - FOTO
Tanınmış fotoqraf Fuad İsmayılovun həyat yoldaşı Asya İsmayılova "İnstagram"da şok paylaşım edib.

Sfera.az news24.az-a istinadən xəbər verir ki, Asya Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Aysel Şükürovanı ailəsini, özünü təhqir etməsi, şərəf və ləyaqətini alçaltması, şər, böhtan atmasına görə məhkəməyə verib. 

 
Asya Ayseli qanun çərçivəsində cəzalandırılacağını qeyd edib: "Mənə, namusuma, anama şər atmaq nə deməkdir? Anamla atamın ayrıldığını sübüt eləsin. Bunu eləyə bilsə, hamıdan üzr istəyib səhifəmi bağlamasam, şərəfsizin qızıyam. Evli, övladı olan adamın namusuna söz atmaq nə dərəcədə düzgündür? Dərəbəylik deyil. Əgər, səhvim varsa, polisə müraciət et, onlar məni cəzalandırsınlar. Cəzamı çəkməsəm kişi qızı deyiləm. Məhkəmə qərarına qədər gedib çıxacam. Eybi yoxdur, qoy məni pis tanısınlar. Bu səhifədə məhkəmə qərarını paylaşacam".

Bundan sonra da ürəyi soyumayan Asya daha bir paylaşım edərək, idarə rəisinin qızına açıq-aydın meydan oxuyub: "Tanış olun. Bura Aysel Şükürovanın yaşadığı binadır. Saat isə 06:30-dur. Bayaqdan Aysel və onun ətrafındakilar ailəmə şər, böhtan atdırdılar. İndi isə mən onu məhkəməyə verirəm. Bu gündən etibarən ağzından çıxdığı təhqirlərə görə, Aysel Şükürova qanun qarşısında cavab verməli olacaq. Üç maddə ilə artıq cinayət işi başlanacaq".

400 minlik toyu ilə gündəmə gələn sabiq məmur qızını MƏHKƏMƏYƏ VERDİLƏR - FOTO


OXŞAR XƏBƏRLƏR

Prezident Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-...

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...

Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdilər

Ulu öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.   Sfera.az xəbər verir ki, dövlət qurumları...

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...