Bakı Şəhər İcra Hakimiyyəti ilə teatrın məhkəməsi təxirə düşdü

Bakı Şəhər İcra Hakimiyyəti ilə teatrın məhkəməsi təxirə düşdü

Noyabrın 20-si 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ADO teatrının Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı məhkəmə iddiasının hazırlıq iclası təxirə salınıb.

Sfera.az ADO ( Azərbaycan Dağınıq Oda teatrı) rəsmi səhifəsinə istinadən xəbər verir ki, prosesin təxirə salınmasına səbəb hakim Tahirə Əsədovanın və BŞİH nümayəndəsi prosesə qatılmaması olub.

Hakimin köməkçisi T.Əsədovanın hansısa konfransa çağırıldığını bildirib. Bu səbəbdən köməkçi prosesi 5 dekabr, saat 15:30-a təyin edib.

Qeyd edək ki, ilk müstəqil teatr olan ADO ( Azərbaycan Dağınıq Oda teatrı) 2 ildən çoxdur ki, küçə performansları nümayiş etdirmək üçün Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciətlər edir. Lakin hər iki qurum bunun onların səlahiyyətinə aid olmadığını vurğulayır, nazirlik bu məsələyə meriyanın, meriya isə bu məsələyə nazirliyin baxdığını bildirir.

Teatr bununla bağlı Mədəniyyət Nazirliyini də məhkəməyə verib. Hazırda teatrın hər iki qruma qarşı qaldırdığı məhkəmə prosesləri 1 Saylı Bakı İnzibati - İqtisadi Məhkəməsində keçirilir. (oxu.az)




OXŞAR XƏBƏRLƏR

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.   B...

“Avroviziya-2024”ün birinci yarımfinalı başladı

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsi birinci yarımfinalı başlayıb.   Sfera.az xəbər verir ki, birinci yarımfinalda...

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

Yeni bir araşdırma sübut edib ki, zebralar qarşı cinsin və ya tanış qohumların diqqətini cəlb etmək və onları gəzinti və ya tanışlıq kimi birgə fəaliyyətə dəvət...

Cennifer Lopez “Met Gala 2024”ə Ben Affleksiz qatılması diqqət çəkib - FOTO

Amerikalı müğənni və aktrisa Cennifer Lopez” Met Gala 2024”ün ağ-yaşıl xalçasında təkbaşına görünməklə, Ben Affleklə evliliyində problemlərlə bağlı ...

“Dəli yığıncağı” nümayiş olunacaq

Mayın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri əsasında hazırlanan eyniadl...

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah saat 08:00-dan "Mayak-2"  qaz kəmərinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması, saat 10:00-dan Xətai rayonu, Lütfi Zadə küçəs...