Nigarla Aygün “Nəfəsim, qəlbim” dedi - VİDEO

Nigarla Aygün “Nəfəsim, qəlbim” dedi - VİDEO

Müğənni Nigar Camal və Əməkdar artist Aygün Bəylər çoxdan gözlənilən layihələrini təqdim ediblər. 

Sfera.az xəbər verir ki, musiqisi Nigar Camala, sözləri İkram Əliyevə məxsus "Nəfəsim, qəlbim” adlı bəstəyə ikili ekran həyatı verib.

Klipin rejissorluğu isə Əli Zamansoya həvalə olunub.

 

Çəkilişlər üç gün davam edib. Klip Azərbaycanın dilbər guşələrində - Lənkəran, Astara və paytaxt Bakıda lentə alınıb. Ekran işi üzərində 18 nəfərlik komanda çalışıb.

N.Camal bəstəsi ilə bağlı fikirlərini belə şərh edib:

"Bu mahnının mənim üçün ikiqat özəlliyi var: Birincisi, ilk bəstəmdir. İkincisi, musiqi çox dəyərli bir insana həsr olunub. Sözlərini İkram Əliyev qələmə aldı. Bəstə yaranandan duet olaraq ağlıma gələn yeganə ifaçı, sənətkar, Əməkdar artist Aygün Bəylər oldu. Duyğularımı insanlara istədiyim kimi çatdırmağa sadəcə onun gözəl səsinin qatqısı ola bilərdi...”

Qeyd edək ki, sözügedən klip Nigar Camalın rəsmi "Youtube” kanalında yayımlanıb. Təqdim olunan layihə isə izləyicilər və dinləyicilər tərəfindən maraq və təəccüblə qarşılanıb. (oxu.az)



OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...