Əfqanıstanda yenə partlayış - Qadınlar və uşaqlar ölüb

Hadisə
16:20 / 16.09.2019
970
Əfqanıstanda güclü partlayış olub.
Sfera.az Trend.az istinadən xəbər verir ki, Fərəh vilayətində baş vermiş partlayış nəticəsində qadın və azyaşlı uşaqlar daxil olmaqla 5 nəfərin öldüyü bildirilir. Məlumata görə, partlayış kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi ilə baş verib.
Partlayışla bağlı məsuliyyəti hələ ki heç bir terror qruplaşması öz üzərinə götürməyib.