Daha bir müğənninin kriminal avtoritetlə əlaqəsi üzə çıxdı - VİDEO

Daha bir müğənninin kriminal avtoritetlə əlaqəsi üzə çıxdı - VİDEO
Müğənni Aynur Dadaşova ilə hazırda Rusiyada həbsdə olan kriminal avtoritet "Bərdəli Dadaş" kimi tanınan Dadaş Nəzərovun gizli əlaqələrinin olduğu iddia olunur. 

 

Sfera.az  xəbər verir ki, kriminal dairələrdən Criminal.az saytına daxil olan məlumata görə, hətta A.Dadaşova bu ilin fevralında Bakıda təşkil olunan şou-konsertlərdən birində Bərdəli Dadaşın ad gününü də təbrik edib, ona xoş sözlər ünvanlayıb:

 

"Özü burda olmasa da, dəyərli, hörmətli dostum, çox sevdiyim Dadaş qardaşımın ad günüdür. Bu münasibətlə qardaşımı təbrik edirəm, uzun ömür, can sağlığı arzu edirəm. Arzu edirəm ki qardaşım bütün arzularına çatsın".

 

Aynur Dadaşova isə sayta açıqlamasında Bərdəli Dadaşla münasibətinin olmasını təkzib edib: "Elə bir adam tanımıram. Ola bilsin ki, məclislərdən birində kimsə təbrik etməyimi xahiş edib, mən də həmin təbriki səsləndirmişəm".

 

Xatırladaq ki, Kaluqa həbsxanasında cəza çəkən ''Bərdəli Ruslan'' və onun qardaşı Dadaş Rusiya Cinayət Məcəlləsinin 318-ci (dövlət məmuruna qarşı zorakılıq), 209-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 163-cü yəni (quldurluq) maddəsinin bir neçə bəndi ilə təqsirli bilinərək məhkum ediiliblər. Ruslan Nəzərli 10,5 il, Dadaş Nəzərli isə 11,5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, müğənnilərlə kriminal avtoritetlərlər arasında münasibətlərin olması artıq adi hala çevrilib. Müğənni Fədayə Laçın "Qoca" ləqəbli kriminal avtoritetlə münasibətinin olması və onun qaçırılmasında əlaqəsəinə görə hazırda həbsxanada cəza çəkir. Bundan başqa müğənni Afaq Aslanın "Lotu Quli" ilə gizli münasibətlərinin olması ölkə mediasında üzün müddət tirajlanmışdı. 



OXŞAR XƏBƏRLƏR

Varlıların həyat tərzi planet üçün təhlükədir - Yeni TƏDQİQAT

Tədqiqatçılar planet əhalisinin müxtəlif təbəqələri arasında iqlimə təsirdə şok edici fərq aşkar ediblər.    Sfera.az xəbər verir ki, “Nat...

Bu parka gedənlər evlərinə varlanaraq dönürlər - FOTO

ABŞ-nin Arkanzas ştatında yerləşən və dünyada yeganə olan "Crater of Diamonds" Dövlət Parkı ziyarətçilərə real almaz axtarıb tapmaq və onu özləri ilə ...

"Real"ın gənc ulduzuna cinayət işi açıldı

"Real"ın gənc ulduzu Raul Asensio və onun klubun gənclərdən ibarət kollektivindəki keçmiş komanda yoldaşlarına qarşı cinayət işi açılıb.  ...

Ötən ay ən çox şikayət olunan banklar - Siyahı

Azərbaycan Mərkəzi Bankı (AMB) cari ilin aprel ayı ərzində bank müştәrilәrinin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksini acıqlayıb.   Sfe...

“Haka” rəqsi edən deputatlar cəzalandırıldı - "Bu ən sərt qərardır"

Yeni Zelandiya parlamentində keçirilən iclas zamanı “Haka” rəqsi edərək mübahisəli qanun layihəsinə etiraz edən üç deputata cəza verilməsi tövsiyə o...

Azərbaycanda ən yüksək maaş bu şəhərdədir - Bakı sıralamada ikincidir

2025-ci ilin aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanda ortaaylıq maaş 1084 manatdır. Bəzi şəhər və rayonlarda orta maaş səviyyəsi bu həddən yüksəkdir.&nbs...