Koronavirus yenidən QAPIDA - Yoluxmalarla bağlı SON RƏQƏMLƏR

Koronavirus yenidən QAPIDA - Yoluxmalarla bağlı SON RƏQƏMLƏR

Xəbər verdiyimiz kimi, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub. Nazir bu səbəbdən Bakıda keçirilən “Caspian Agro” sərgisində iştirak edə bilməyib.

Ölkədə, həmçinin, koronavirus pandemiyası səbəbilə xüsusi karantin rejimi davam edir. Lakin karantin elan olunduğu vaxt, yəni 2020-ci ilin mart ayında tətbiq edilən qadağalardan demək olar ki, hamısı ləğv edilib. Hazırda pandemiya səbəbindən təkcə quru sərhədlər qapalıdır.
 

Bundan başqa, paytaxtda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavələr verilir. Baş nazirin qərarı ilə əlavələrin verilməsi müddəti iyul ayınadək uzadılıb.

 

Bunlar ölkədə hələ də koronavirusa yoluxanların olduğunu göstərir. Lakin uzun müddətdir COVID-19 infeksiyasına yoluxanların statistikası haqqında məlumat verilmir.
 

Koronavirusa yoluxan, sağalan və xəstəlikdən vəfat edənlərin sayı ilə bağlı sonuncu statistika 2024-cü ilin yanvar ayına aiddir.
 

Nazirlər Kabineti yanında Operativ Qərargahın 2 fevral 2024-cü ildə yaydığı məlumata görə, Azərbaycanda bir ay ərzində 325 nəfər yeni növ koronavirusa yoluxub. Ay ərzində 14 min 333 test verilib və 21 nəfər xəstəlik səbəbindən vəfat edib.

 

Bu məlumatın üzərindən bir il 4 aya yaxın müddət keçib.


Maraqlıdır, ölkədə karantin rejimi davam edirsə və hələ də koronavirusa yoluxanlar varsa, xəstələnən və ya həyatını itirənlər barədə niyə əvvəlki qaydada gündəlik, həftəlik, yaxud aylıq məlumatlar verilmir?
 

Dəfələrlə həm Səhiyyə Nazirliyinə, həm də Operativ Qərargaha koronavirusa yoluxan, sağalan və aparılan test sayı ilə bağlı sorğu ünvanlasaq da, sorğularımız cavabsız qalıb.
 

Sfera.az xəbər verir ki, son zamanlar koronavirusa yoluxma halları ilə bağlı Bizim.Media-ya danışan terapevt Rasif Bağırov deyib ki, koronavirusa kütləvi yoluxma yoxdur:

 

“Xüsusi karantin rejiminin niyə davam etməsi haqqında bir söz deyə bilmərəm. Çünki bütün dünyada karantin ləğv edilib və heç bir ölkədə də stastistik məlumat yoxdur. Həmçinin, bizdə də.


Adi viruslara yoluxmalar var. O da həmişə rast gəldiyimiz viruslardır. Onunla bağlı həyəcan təbili çalmağa ehtiyac yoxdur.
 

Sadəcə, İranda bir neçə koronavirusa yoluxma halları aşkar edilib, amma hansı variantı olduğu məlum deyil. Adətən, onlarda da, bizdə də rast gəlinən tək-tük hallar COVID-19-un ən yüngül variantına uyğun gəlir. Yəni insanların ölümü ilə nəticələnməyən hallara yoluxma ola bilər. Müəyyən infeksiya varsa, onun qarşısını almaq lazımdır. Amma kəskin şəkildə müəyyən məhdudlaşdırmaya getməyə ehtiyac yoxdur”.


OXŞAR XƏBƏRLƏR

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə etdilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...

AzTV üzr istədi

Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:   ...

Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatı...

Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi -YENİLƏNDİ

İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atəşlə qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də xəbərlər ya...