Məşhur ispan aparıcıya ağır ittiham - Özünü heyvansevən kimi göstərib pul mənimsəyib

Məşhur ispan aparıcıya ağır ittiham - Özünü heyvansevən kimi göstərib pul mənimsəyib

İspaniyada televiziya aparıcısı və tanınmış heyvan hüquqları fəalı Frank Kuestanın adının qarışdığı ianə fırıldağı ölkə gündəmini zəbt edib. “Vəhşi Frank” adlı proqramla şöhrət qazanan 53 yaşlı Kuesta illərlə heyvanları xilas etmək adı altında topladığı ianələri şəxsi məqsədləri üçün istifadə etdiyi iddiaları ilə üz-üzə qalıb.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Kuesta Taylandda qurduğu “Ayuda a los Reptiles” adlı dərnək və “Santuario Libertad” adlı heyvan sığınacağı üçün ianələr toplayaraq heyvanlara yardım etdiyini bəyan edirdi.

 

Lakin onun bu ianələri mənimsədiyi və sığınacağın əslində xəstə heyvanlara yardım etmədiyi, sadəcə heyvan satışı ilə məşğul olan bir ferma olduğu ortaya çıxıb.
Yaxın keçmişdə “YouTube” kanalında yayımladığı videoda, oynadığı obrazın qurğu olduğunu etiraf edib və ictimaiyyətdən üzr istəyib. O, eyni zamanda əvvəlcə xərçəng olduğunu iddia etsə də, əslində qan xəstəliyindən əziyyət çəkdiyi məlum olub.


“Şöhrətin təsiri ilə mitomaniya və eqo problemləri yaşadım”, – deyə Kuesta etiraf edib. O, həmçinin sığınacaqda baş verən heyvan ölümlərinə görə məsuliyyəti üzərinə götürüb və bu ölümlərdə səhlənkarlığının payı olduğunu qəbul edib.


Lakin açıqlamalarından bir neçə saat sonra canlı yayıma çıxan Kuesta videodakı bəyanatlarını geri çəkdiyini bildirib. Onun sözlərinə görə, həmin videonu müəyyən şəxslərin təzyiqi ilə yayımlayıb və bunun qarşılığında özünə və uşaqlarına qarşı olan təhdidlərin dayandırılacağı vədi verilib.


Frank Kuesta 2024-cü ilin avqustundan bəri davam edən ittihamların əsassız olduğunu bildirərək, heç vaxt qanunsuz fəaliyyətlə məşğul olmadığını və əksinə, heyvan qaçaqmalçılığına qarşı mübarizə apardığını bəyan edib.

 

Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Foto və videoları silmədən telefon yaddaşını necə boşaltmaq olar? - SADƏ ÜSULLAR

Müasir dövrdə smartfon həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bütün vacib məlumatlar məhz onun yaddaşında saxlanılır. Ancaq bəzən ən gözlənilməz anda yaddaş t...

Bu gündən müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılır

İyunun 18-dən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başlanır.   Sfera.az xəbər verir ki, sertifikatlaşdırma pros...

Sumqayıtda iki qadını avtomobil vurdu, biri öldü

Sumqayıt şəhərində avtomobil iki piyadanı vurub.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.   Belə ki, &quo...

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə etdilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...