"Nikki Minaj Rozanın yanında qələt edir" - Zərgərlinin ombası yenə gündəmdə - VİDEO

Maqazin
21:41 / 08.07.2019
8421
Müğənni Roza Zərgərli istirahət üçün Türkiyəyə yollanıb.
Rozanın İnstaqramda yayımladığı videosu müzakirələrə səbəb olub. Sənətçinin xeyli çəki aldığı izləyicilərin diqqətindən qaçmayıb. Sosial şəbəkə istifadəçiləri Zərgərlinin ombasını yenə də tənqid ediblər.
Sfera.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi Gökhan Tepenin konsertinə gedib. Gecədə Roza sənətçiyə gül dəstəsi verib və Azərbaycandan gəldiyini vurğulayıb. Gökhan isə Azərbaycana salamlar göndərib.
Rozanın ünvanına "Nikki Minaj qələt edir onun yanında. Geyimi çox iyrənc görünür. Yazıq oxuyan arxasına baxıb, dəli olub" kimi şərhlər yazıblar.