Əməkdar artist: "Qardaşım evimi dağıtdı"

Əməkdar artist:
Əməkdar artist Yusif Mustafayev "Ay Zaur" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni qardaşına dəstək olmadığı üçün onu qınayanlara cavab verib:

"Qardaşlarım, qohumlar məni qınayırlar ki, niyə qardaşını da efirə çıxarmırsan? Gərək insanın özü əziyyət çəksin. Bir-iki dəfə efirə çıxardım, amma dişlə-dırnaqla irəli getməlisən. Gecələr oyaq qalmalısan ki, nəsə qazanasan. İnsana balıq vermək yox, balığı tutmağı öyrətmək lazımdır".

"Mənim xanımım bizə gələn gündən ruzim artıb. Heç vaxt onun xətrinə dəyməmişəm, dəymərəm də. Onun ruzisidir, ayağı ocağımıza düşərli oldu. O, bizim evimizə gələndən mən Yusif oldum. Ata-anamın məsləhəti ilə evləndik.

Yoldaşım qayınatamın kiçik pul sandıqcasını cehizinin arasında gətirmişdi. Bir gün qayınatam dedi ki, bütün ruzimiz o sandıqla gedib.

Pulu özüm yığıram, ailənin nə işi var büdcə ilə... Bir də iki oğlum məşğuldur büdcə ilə".

Mustafayev gündəmə gələn zarafatlarından, tənqidlərdən danışıb:

"Deyirlər ki, yaşına yaraşmayan hərəkətlər edir. Bəzi şeylər var ki, balalarım irad tutur. Deyirlər, bizim də ətrafımız var. Mən də zarafat etməsəm, yaşaya bilmərəm. Qardaşım oğlu idi, efirdə ona sözü dedim ("köpəkoğlu" sözünü nəzərdə tutur - red.). Bilmədim mikrofon açıq idi. Özümə həvəs yığıram, gülmək üçün dedim. Onunla mən cavanlaşıram. Qınamasınlar, qoyun yaşayaq. Çalışırıq yaşımızdan cavan görünməyə çalışırıq".

Müğənni qardaşının başına açdığı oyundan söz açıb:

"Yanırdım, qardaşım tufağımı dağıtdı. Bizim ailədə bir adət var: 10 uşağıq, hamımızın süfrəsi birdir. Əgər qardaşımın soyuducusu boş olsa, evimdə ət yemərəm. Qardaşım hər şeyimizi məhv etdi. Onu indi çəkmişəm yanıma, qızını oğluma aldım. Böyük məbləğdə pul götürüb, getdi Rusiyaya. Hamı töküldü mənim üstümə. Özümü öldürmək istəyirdim".
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Varlıların həyat tərzi planet üçün təhlükədir - Yeni TƏDQİQAT

Tədqiqatçılar planet əhalisinin müxtəlif təbəqələri arasında iqlimə təsirdə şok edici fərq aşkar ediblər.    Sfera.az xəbər verir ki, “Nat...

Bu parka gedənlər evlərinə varlanaraq dönürlər - FOTO

ABŞ-nin Arkanzas ştatında yerləşən və dünyada yeganə olan "Crater of Diamonds" Dövlət Parkı ziyarətçilərə real almaz axtarıb tapmaq və onu özləri ilə ...

"Real"ın gənc ulduzuna cinayət işi açıldı

"Real"ın gənc ulduzu Raul Asensio və onun klubun gənclərdən ibarət kollektivindəki keçmiş komanda yoldaşlarına qarşı cinayət işi açılıb.  ...

Ötən ay ən çox şikayət olunan banklar - Siyahı

Azərbaycan Mərkəzi Bankı (AMB) cari ilin aprel ayı ərzində bank müştәrilәrinin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksini acıqlayıb.   Sfe...

“Haka” rəqsi edən deputatlar cəzalandırıldı - "Bu ən sərt qərardır"

Yeni Zelandiya parlamentində keçirilən iclas zamanı “Haka” rəqsi edərək mübahisəli qanun layihəsinə etiraz edən üç deputata cəza verilməsi tövsiyə o...

Azərbaycanda ən yüksək maaş bu şəhərdədir - Bakı sıralamada ikincidir

2025-ci ilin aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanda ortaaylıq maaş 1084 manatdır. Bəzi şəhər və rayonlarda orta maaş səviyyəsi bu həddən yüksəkdir.&nbs...