5 uşaq anası olan müğənni: Yoldaşım toya getməyimə icazə vermir - VİDEO

5 uşaq anası olan müğənni: Yoldaşım toya getməyimə icazə vermir - VİDEO
 ARB TV-nin "Boş anlar” proqramının növbəti qonağı əməkdar artist Bəyimxanım Vəliyeva olub.

Xanəndə ailə qurarkən həyat yoldaşının hansı cəhətlərinə önəm verdiyindən bəhs edib:

"Evlənərkən həyat yoldaşımın ən əsası, insanlığına, məni başa düşməyinə önəm verdim. Belə bir deyim var, adam kimi adam idi. Ailə quranda hakim bizdən soruşur ki, acısı ilə, şirini ilə hər şeyə şərik olmağa razısınızmı? Biz də deyirik, bəli. Amma gedişatda narazılıqlar olur. Yoldaşım qazana bilmir, filan deyilir. Başa düşmürlər ki, bu insandır. Axı o da istəyər ki, ailəsini yaxşı saxlasın. Ümumiyyətlə gənc yaşlarımdan çox var-dövlətdən qorxmuşam. Birdən çox imkanlıya gedərəm, sonra rahat yata bilmərəm. İstəmişəm ki, orta gəlirim olsun. Əsas ailəmin, övladlarımın canı sağlam olsun”.

Söhbət zamanı Bəyimxanım Vəliyeva həyat yoldaşının ona qoyduğu qadağalardan da danışıb:

"Qadınlar həyat yoldaşının dilini tutmağı bacarmalıdır. Addımı atanda bilirsən ki, onun bu hərəkətdən xoşu gəlir, ya yox. Xoşa gəlməyən hərəkətlə uçuruma getdiyini bilirsən, demək ki, bilərəkdən edirsən. Ailənin təməlli olmağını istəyirsənsə, bəlli şeylərə sərhəd qoymalısan. Evlənməzdən öncə el şənliklərinə gedirdim. Evlənəndən sonra yoldaşım toya getməyimi istəmədi, mən də getmirəm. Əlbəttə, bu, maddi olaraq yaxşı idi, indi də olsaydı ailəyə dəstək olardım”.
 


OXŞAR XƏBƏRLƏR

Bu parka gedənlər evlərinə varlanaraq dönürlər - FOTO

ABŞ-nin Arkanzas ştatında yerləşən və dünyada yeganə olan "Crater of Diamonds" Dövlət Parkı ziyarətçilərə real almaz axtarıb tapmaq və onu özləri ilə ...

"Real"ın gənc uluzuna cinayət işi açıldı

"Real"ın gənc ulduzu Raul Asensio və onun klubun gənclərdən ibarət kollektivindəki keçmiş komanda yoldaşlarına qarşı cinayət işi açılıb.  ...

Ötən ay ən çox şikayət olunan banklar - Siyahı

Azərbaycan Mərkəzi Bankı (AMB) cari ilin aprel ayı ərzində bank müştәrilәrinin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksini acıqlayıb.   Sfe...

“Haka” rəqsi edən deputatlar cəzalandırıldı - "Bu ən sərt qərardır"

Yeni Zelandiya parlamentində keçirilən iclas zamanı “Haka” rəqsi edərək mübahisəli qanun layihəsinə etiraz edən üç deputata cəza verilməsi tövsiyə o...

Azərbaycanda ən yüksək maaş bu şəhərdədir - Bakı sıralamada ikincidir

2025-ci ilin aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanda ortaaylıq maaş 1084 manatdır. Bəzi şəhər və rayonlarda orta maaş səviyyəsi bu həddən yüksəkdir.&nbs...

Aparıcı Zaurla Günayın xaricə köçməsi iddiasına ATV-dən REAKSİYA

Tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramları...