Sabiq məmur həyat yoldaşı tədəfindən öldürüldü

Sabiq məmur həyat yoldaşı tədəfindən öldürüldü

Naxçıvanda sabiq məmur arvadı tərəfindən öldürülüb. 

"Yeni Sabah” Bakupost-a istinadən xəbər verir ki, uzun illər Naxçıvan Ədliyyə Nazirliyinin Qanunvericilik şöbəsinin rəisi vəzifəsində işləmiş Məhərrəmov Ayaz Bulud oğlu bir müddət əvvəl həyat yoldaşı Məhərrəmova Lalə Yusif qızı tərəfindən ehtiyatsızlıq nəticəsində öldürülüb.

İstintaq orqanı tərəfindən L.Məmmədovaya Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Qeyd edək ki, Məhərrəmov Ayaz Bulud oğlu 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən "Dövlət Qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.


OXŞAR XƏBƏRLƏR