Qazaxıstanda azərbaycanlı qadın tələyə salınaraq öldürüldü - VİDEO

Qazaxıstanda azərbaycanlı qadın tələyə salınaraq öldürüldü - VİDEO

Qazaxıstanın Almata şəhərində Azərbaycan vətəndaşı, iki uşaq anası Bəturə Məmmədovanın cəsədi tapılıb.

"Qafqazinfo”nun "neonomad.kz” portalına istinadən verdiyi xəbərə görə, Almatada gözəllik salonlarının birində kosmetoloq kimi çalışan Məmmədova mayın 27-si işdən evə qayıdarkən yoxa çıxıb.

Yaxınlarının sözlərinə görə, o, iş saatından sonra əlaqə saxlayaraq evə gəldiyini bildirib. Üzərində 20 min təngə məbləğində pul və bahalı zinət əşyaları olub. Adətən evə çatmaq üçün avtobus, daha sonra taksidən istifadə edən qadının evə gəlmədiyini görən ailə üzvləri polisə müraciət ediblər.

Və 3 həftə aparılan axtarışlardan sonra 40 yaşlı qadının cəsədi iyunun 15-də İliyskdan Karasay rayonuna gedən yoldakı Bereke qəsəbəsi yaxınlığında aşkarlanıb.

İlkin araşdırmalar zamanı cinayəti fərdi sərnişindaşıma ilə məşğul olan, Almatada yaşayan sürücü ilə arvadının törətdiyi məlum olub. Qeyd olunur ki, B. Məmmədova işdən çıxandan sonra həmin maşına minib.

Belə ki, ər kirayəyə götürdüyü avtomobillə guya, taksi xidməti göstərmək adı altında potensial qurbanlar axtarırmış, arvadı isə özünü müştəri kimi qələmə verirmiş ki, qurban qurulmuş tələni hiss etməsin. Cütlük müştəri kimi maşına oturan Bəturənin üstündəki pulu və qızılları götürərək onu soyuqqanlı şəkildə 8 dəfə bıçaqlayıb qətlə yetirdikdən sonra Bereke qəsəbəsi yaxınlığında basdırıblar.

Hüquq-mühafizə orqanları hər iki şəxsi saxlayıb, onlar cinayəti etiraf ediblər.

Faktla bağlı cinayət işi açılıb.

Bəturə Məmmədovanın cənazasi dəfn olunmaq üçün Bakıya göndərilib.

 


 




OXŞAR XƏBƏRLƏR