Arvadını balkondan atıb öldürən art-direktor məhkəmədə konvoya “belimi qaşı, ay brat” deyir...
15:03 / 07.06.2019
3903
Bakı Ağır Cinayətlər Məhkəməsində "Buta Palace”ın art-direktoru həyat yoldaşını balkondan yerə ataraq xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Virtualaz.org-un xəbərinə görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan təqsirləndirilən şəxs məhkəmə zalına əlil arabasında gətirilib və şüşə kabinaya salınmayıb. Prosesə boyunca rabitəsiz nitqlər söyləyən R.Taxveli gah hakimə "ay sudya” deyə müraciət edib, gah da konvoya "belimi qaşıyın, ay brat” deyib.
Öncə prosesdə təqsirləndirilən şəxsin müdafiəçisi R.Taxveli barəsində təkrar tibbi və psixoloji ekspertiza keçirilməsini istəyib.
Hakim vəsatəti baxılmamış saxlayıb.
Dövlət ittihamçısının, müdafiəçisinin və digər proses iştirakçılarının çıxışlarını diqqətlə dinləyən R.Taxveli vəsatətin təmin edilmədiyini görüncə isə bu dəfə günahsız olduğunu, həyat yoldaşını öldürmədiyini bildirərək ağlamağa, hönkürməyə başlayıb.
Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, R. Taxveli ilk qızı Aliyanin epilepsiya xəstəsi olaraq doğulmasında arvadı Adelyanı daim günahkar bilib və buna görə mütəmadi olaraq onunla mübahisə edib. Sonuncu dəfə ötən ilin 9-da axşam saat 22 radələrində narkotik vasitə qəbul edib, Adelyanı yuxudan oyadaraq onu döyüb, işgəncə verib, saçından tutub sürüyərək otaqları gəzdirib.
Daha sonra uşaqların yatdığı otağa aparıb , arvadını onlarla vidalaşmağa məcbur edib. Yataqda olan xəstə qızı Aliyanı götürərək uşağı yerə çırpıb, bu cür yuxudan oyadıb. Epilepsiya xəstəsi olan uşaq başından xəsarət alıb. Uşaqlar atalarına yalvarıb analarını çağırsalar da, R. Taxveli övladlarının göz yaşlarına əhəmiyyət verməyib. O, Adelyanı sürüyərək eyvana çıxarıb. Eyvanda qadının ayaqlarından tutaraq yuxarı qaldırıb və aşağı atıb.
R.Taxveli ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib, ittihamı şər və böhtan adlandırıb: "Mən onu qətlə yetirməmişəm. Biz bir-birimizi dəlicəsinə sevmişik. İlk övladımız xəstə doğuldu, beyin xəstəliyi vardı. Dəfələrlə Türkiyədə, İsraildə öz hesabımıza müalicə etdirmişdik. İkinci qızımız sağlam doğuldu”.
Hakimin "bəs hadisənin baş verməsinə nə səbəb olub” sualına təqsirləndirilən şəxs "heç nə xatırlamıram” cavabı verib.
İfadəsinin davamında hərdən narkotik vasitələrdən istifadə etdiyini gizlətməyib. Amma maşından aşkarlanan narkotik vasitənin ona aid olmadığını deyib:”Hərdən marixuana çəkirdim. Maşından tapılanını isə kimin olduğunu bilmirəm, mənim ola bilməzdi. Xəstə qızımı yerə vurmağım isə mümkün deyil. Belə bir şey ola bilməz”.
Vəkilin "nədə ittiham olunduğunu bilirsənmi? "sualına isə R.Taxveli "arvadımın ölümündə ittiham olunuram, amma bu, mümkün deyil” deyə cavab verib.
Prosesdə mərhumun anası Samirə Süleymanova da ifadə verib. O, mərhum qızı ilə R.Taxvelinin bir-birlərini sevib ailə qurduqlarını, birgə yaşadıqları dövrdə qızı əri tərəfindən incidilsə də, sonuncu hər zaman onun tərəfini saxlayıb, müdafiə edib: "Qızım Ramizi məktəbdə oxuyan vaxtlardan tanıyıb, bir-birlərini çox seviblər. Sonradan qızım Amerikaya oxumağa getdi, Ramiz də hərbi xidmətdə idi. Əlaqə saxlayırdılar, danışırdılar. Adelyanın 19 yaşı olanda evləndilər. Ramizin xasiyyəti pis idi. Toydan əvvəl də özünü göstərdi. 1 dekabr 2017-ci ildə toyları oldu. Qızım ərini çox istəyirdi, deyirdi ki, mama, Ramiz artıq düzəlir, xasiyyəti yaxşılaşır. Bu, vampir idi, xırda şeyləri mübahisəyə çevirirdi, qızımı ağladırdı”.
Bu zaman R. Taxveli ağlayaraq "axı belə deyildi, Samirə xanım, düz danışın, burada mənim taleyim həll olunur" deyib.
Mərhumun anası isə "mənim taleyim isə artıq həll olunub” cavabı verib və ifadəsini davam etdirib. O, xəstə nəvəsini özləri müalicə etdirdiklərini, atasının uşağa yaxın durmadığını, müalicəsinə pul vermədiyini söyləyib: "Həmişə ağlayırdı ki, pulum yoxdur. Adelya ikinci uşağa hamilə olanda Ramiz uşağın doğulmasını istəmirdi, deyirdi ki, nəsə içmişdim, birdən yenə xəstə olar. Amma ikinci uşaq sağlam doğuldu. Qızım doğuşa tək getmişdi. Həmin vaxt Ramiz özündə deyildi, qəribə sözlər danışırdı. Övladının olmasınından ertəsi gün xəbər tutdu”.
Zərərçəkmiş həmçinin deyib ki, bir dəfə qızı ailəsi ilə birgə onların bağ evinə gələrkən Ramiz dörd saat təkbaşına maşında oturub, evə gəlməyib: "Qızıma dedim ki, bu normaldı? Nolub buna? Adelya dedi mama, atası ilə dalaşıb, işçisini işdən çıxarıb, içəri gəlsə heç nə soruşmayın”.
Zərərçəkmişin ifadəsinə görə, hadisə baş verən gecə kürəkəni "WhatsApp"da ona qan tökülən barmaq şəkli göndərib: "Dedi ki, işçimizi gətirmək istəyirəm. Mən həkim işləyirəm. Sonra yazdı ki, sizin evdə özümü şübhəli aparmışam, kimisə incitməmişəm? Yazdım ki, yox. O da mənə "öldürə bilmirəm də" yazdı. Yazdım ki, kimi, məni? Mənə cavab yazdı ki, hə, amma Aliyaya yazığım gəlir. Sonra yolka şəkli atdı. İki –üç dəfə təkrar-təkrar "bu gecə rahat yat” yazdı. Şübhələndim, qızıma zəng vurdum. Axırıncı oldu qızımla danışmağım. Dedi ki, uşaqların yanında yatmışam. Ramizin mənə yazdıqlarını qızıma dedim. Dedi ki, fikir vermə, yat, deyib sağollaşdı”.
S.Süleymanova ertəsi gün səhər tezdən bacısının və qohumlarının onlara gəldiklərini deyib: "Səhər saat 8-də bacım zəng vurdu ki qapını aç. Qapını açanda gördüm yaxın qohumlarım pilləkənlərdə dayanıb. Mənə dedilər ki, Adelya yıxılıb. Qızımın ölməyi heç ağlıma da gəlməzdi”
Məhkəmə prosesi iyunun 14-də davam edəcək.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında gecə saat 3 radələrində Nəsimi rayonu, Rəşid Behbudov küçəsindəki hündürmərtəbəli binada baş verib.
İlkin olaraq A.Taxvelinin intihar etdiyi zənn edilsə də, sonradan hadisənin cinayət olduğu ortaya çıxıb. Məlum olub ki, A.Taxvelinin mübahisə zəminində əri Ramiz Taxveli balkondan aşağı atıb.
R.Taxvelinin maşınına baxış keçirilən zaman bir ədəd kibrit qutusunda 5,6 qram marixuana aşkar edilərək görülüb. O, narkotik maddənin təsiri altında arvadını balkondan ataraq öldürdüyünü etiraf edib.