Təcridxana nəzarətçisini qadına görə öldürüblər? — Killer iz buraxmayıb

Təcridxana nəzarətçisini qadına görə öldürüblər? — Killer iz buraxmayıb
Şəmkirdə Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasının əməkdaşı 29 yaşlı Kəramət Məmmədli sifarişlə öldürülüb.

Sfera.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Prokurorluq işçiləri hələlik qatilin izinə düşə bilməyiblər.

Xatırladaq ki, cinayət mayın 1-də Bayramlı kəndində törədilib. K.Məmmədli öz evində kiçikkalibrli tüfənglə  (5,6 mm) öldürülüb. Güllə yaxın məsafədən (təxminən 1 metr) alın nahiyəsinə tuş gəlib.

Maraqlıdır ki, yaxınlıqda yaşayanlardan heç biri atəş səsini eşitməyib. Ehtimal olunur ki, killer səsboğucudan istifadə edib. Kriminalistlər hadisə yerində qatilə aid heç bir iz aşkarlamayıblar. 
Məlumdur ki, öldürülən şəxsin evindən heç nə oğurlanmayıb – pullar və qızıl əşyalar yerində qalıb. 

Kəramət Məmmədli  Beynəlxalq Bankın rayon filialının keçmiş rəhbərinin (hazırda təqaüdə çıxıb) oğlu olub. İki il əvvəl boşanıb. Lakin müstəntiqlər onun qətlini boşanması ilə əlaqələndirmirlər.

Daha bir versiyaya görə, K.Məmmədli qadınla sevgi münasibətlərinə görə qətlə yetirilib. Lakin qadının kimliyi barədə istintaq qrupunda hələlik məlumat yoxdur.

OXŞAR XƏBƏRLƏR

Sərnişin avtobusu uçurumdan aşıb: Ölən və yaralalanlar var

Peruda ötən gecə avtobusun And dağlarının yamacından çaya aşması nəticəsində azı 25 nəfər ölüb, 13 nəfər yaralanıb.   Sfera.az bildirir ki, avtobusda...

Korrupsiya əməliyyatı aparılan qurumdan GÖRÜNTÜLƏR - VİDEO

“Mən kiməm ki qapını açım, yoxlama aparırlar”.    Sfera.az xəbər verir ki, bu fikirlər Səhiyyə Nazirliyinin tabeliyində fəaliyy...

Başına beş milyon dollar qoyulan İŞİD komandiri məhv edildi - FOTO

İŞİD-in səhra komandiri “Hiqqo” ləqəbli Əbu Huzeyfə məhv edilib.   Bu barədə ötən il Mali hakimiyyəti ilə yaxınlaşmağa doğru irəliləyən &...

Facebook və Instagrama qarşı araşdırma başlanacaq - SƏBƏB

Avropa Komissiyası yaxın vaxtlarda “Facebook” və “Instagram”a qarşı təhqiqata başlandığını elan etmək niyyətindədir. Sfera.az xaric...

Cəlilabadda tütündən istifadə qaydalarını pozanlar CƏRİMƏLƏNDİLƏR

Cəlilabadda tütündən istifadə qaydalarını pozan 12 nəfər cərimələnib.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məl...

Güneydə qadınlar üçün olan mərkəz bağlandı

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində zorakılığa məruz qalan qadın və qızlar üçün “Mehr Şəmsafərid” sığınacağı və müdafiə mərkəzi bağlanıb. ...