"Real"ın futbolçusundan Mbappeyə: "Onu darmadağın edəcəm" - FOTO

Real Madridin alman mərkəz müdafiəçisi Antonio Rudiger Çempionlar Liqasının finalında PSJ-nin hücumçusu Kilian Mbappe ilə mümkün qarşıdurma barədə danışıb.

 

Sfera.az bildirir ki, o, Mbappenin Madridə transferi ilə bağlı da fikirlərini bölüşüb:

 

“Çempionlar Liqasının finalında Mbappe ilə qarşılaşsaq, onu məğlub edəcəyik. Mənim yanımdan keçməyə çalışsa, onu darmadağın edəcəm. Onun Madridə transferi isə hələ dəqiq deyil".

 

Xatırladaq ki, yarımfinalda “Real” “Bavariya”, PSJ isə Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

 

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR