Azərbaycan və Əlcəzair arasında enerji sahəsində əməkdaşlıq MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Əlcəzair arasında enerji sahəsində əməkdaşlıq MÜZAKİRƏ OLUNDU

Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfəri çərçivəsində Əlcəzair xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ilə görüşüb.

 

Bu barədə Sfera.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Qeyd edilib ki, görüşdə Ceyhun Bayramov bu il Azərbaycan ilə Əlcəzair arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbriklərini çatdırıb.

 

"Tərəflər beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İƏT çərçivəsində qarşılıqlı fəaliyyətin hazırkı səviyyəsindən məmnunluq ifadə edərək, beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərə və təşəbbüslərə qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin enerji və digər sahələrdə əlaqələrin inkişafının vacibliyini vurğulayaraq bu xüsusda yüksək səviyyəli səfərlərin və siyasi məsləhətləşmələrin əhəmiyyətini qeyd ediblər",-məlumatda bildirilib.

 

Diqqətə çatdırılıb ki, Ceyhun Bayramov parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətini qeyd edərək Əlcəzair-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu üzvlərinin cari ilin 22-25 aprel tarixlərində Azərbaycana səfərini yüksək qiymətləndirib:

 

"Tərəflər enerji sektorunda ikitərəfli əlaqələrin əhəmiyyətini qeyd edərək bu istiqamətdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar. Bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığı vurğulanıb. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub".


OXŞAR XƏBƏRLƏR

"Azərbaycan “müasir köləlik” adlanan bu bəlaya qarşı sərt iradə ortaya qoyub" - Zahid Oruc

“Ölkəmiz “müasir köləlik” adlanan bu bəlaya qarşı sərt iradəsini ortaya qoyub və qətiyyətli tədbirlər görür”.  Sfera.az xəbər ...

"Bandotdel"dən Bakı və rayonlarda ƏMƏLİYYAT: Saxlanılanlar var - ADLAR

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotikləri...

Əhali hələ də bu yolla ALDADILIR: "Hamısı eyni üsulla..." - RƏSMİ AÇIQLAMA

Ötən gün polisə yenidən bank kartlarından oğurluqla bağlı müraciətlər daxil olub.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətini...

Ermənistanın hakim partiyası: "Nikol Paşinyanın mümkün istefası müzakirə edilmir"

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyası müxalifətin addımları fonunda baş nazir Nikol Paşinyanın mümkün istefası və ya növbədənkənar parlam...

Nazir Bayramova AĞIR İTKİ - FOTO

Milli Məclisin əməkdaşı Nazir Bayramova ağır itki üz verib.   Sfera.az xəbər verir ki, N.Bayramovun oğlu Emil Bayramov vaxtsız vəfat edib.  &...

Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi KEÇİRİLDİ

Birinci Qarabağ müharibəsi zamanı itkin düşdüyü hesab edilən və Gəncədəkı Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu 30 il sonra müəyyənləşən Elşən N...