Marixuana satan baş redaktor həbs edildi

Marixuana satan baş redaktor həbs edildi
 

Bu gün Xətai Rayon Məhkəməsində qanunsuz narkotik maddə satmaqda təqsirləndirlən Şəfəq Ağacanın (Ağabalayeva) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

 

Sfera.az xəbər verir ki, məhkəmə istintaq orqanının təqdimatını təmin edib.

 

Qərara əsasən, Ş.Ağacan barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

İttihama görə, Ş.Ağacan Bakı şəhər ərazisində marixuana satarkən saxlanılıb.

 

Xatırladaq ki, Ş.Ağacan "Bakupress” milli informasiya agentliyinin rəhbəridir.


OXŞAR XƏBƏRLƏR