Türkiyədə iki azərbaycanlı ailə baltalarla bir-birinə hücum etdi

Türkiyədə iki azərbaycanlı ailə baltalarla bir-birinə hücum etdi
Türkiyənin Bursa şəhərində iki ailə arasında baltalı və bıçaqlı dava baş verib.
 
Azərbaycan vətəndaşları Əfqan A. ilə Sevinc A. arasında başlayan mübahisə tərəflərin yaxınlarının da araya girməsi ilə böyüyüb.
 
Hadisə Yıldırım rayonunun Baruthane Məhəlləsində baş verib. Belə ki, 29 yaşlı Sevinc əvvəlki evliliyindən olan əlil uşağının həyat yoldaşı 32 yaşlı Əfqan və qayınanası Nəzirə A. tərəfindən işgəncə gördüyünü iddia edərək, evdən ayrılmaq istəyib.
 
Əlinə balta və bıçaq alan Sevincin qardaşları Əfqanın evinə hücum ediblər. Küçədə baş verən davada Sevincin yaxınlarından Dilşad Süleymanova, Maqsud Zololdinov, Rüstəm Məcid və Əfqanın anası Nəzirə bədənlərinin müxtəlif yerlərindən yaralanıb. Hadisəni görən qonşular polis və təcili tibbi yardıma xəbər veriblər.
 
Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan Maqsud Zololdinovun həyati təhlükəsinin olduğu bildirilib.
 
Əfqanın qardaşları isə gizləndikləri evdə yaxalanıb və həbs edilib. Hadisə ilə bağlı istintaq davam edir.open



OXŞAR XƏBƏRLƏR