“Kişilik şortiklə ölçülmür...” - Şeyxin qardaşı

“Kişilik şortiklə ölçülmür...” -  Şeyxin qardaşı

“Kişinin şortik geyinməsində ayıb nə var ki? Hava isti olduğundan gənclər şortik geyinirlər. Bunda qəbahətli heç nə yoxdur”. 

Sfera.az xəbər verir ki, bunu azvision.az-a QMİ sədri Allahşükür Paşazadənin qardaşı, millət vəkili Cavanşir Paşazadə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin şortik geyinən kişilərlə bağlı fikrini şərh edərkən deyib. 

Deputat hesab edir ki, geyim seçmək sərbəstliyi hər bir insanın normal hüququdur. 

“Mən Hafiz Hacıyevin fikri ilə razılaşmaram.Burada nə var ki, yaydır, hava istidir, istirahət edən gənclər şortik geyinirlər. Şortik də geyinə bilərlər, şalvar da. Təbii ki, hər şeyin yeri olmalıdır. Belə təkliflər etmək, insanları aqressivləşdirmək lazım deyil. Hərənin öz fikri var. Şortik geyinmək və geyinməməklə kişilik ölçülmür. Ola bilər ki, şalvar geyinsin bir insan, ancaq onun beynində, düşüncəsində əxlaqi problemi olsun, pis fikirlər dolaşsın. Elə də insan var ki, şortik geyinə bilər, ancaq açıq fikirli, açıq sözlü ola bilər. Belə şeyləri heç müzakirə də etmək lazım deyil”,- deyə C. Paşazadə deyib.

Qeyd edək ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Novxanıda şortik qadağası ilə bağlı xəbəri şərh edərkən bildirib ki, şortik geyinən kişiləri insanlar fitə basmalıdırlar. Partiya sədri hesab edir ki, şortik geyinən kişiləri saxlayıb lağa qoyub, qılçasına “kislota” tökmək lazımdır ki, o tövbə edib bir daha şortik geyinməsin.


OXŞAR XƏBƏRLƏR

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...

"Kapital Bank"dan neftçilərə qızıl kimi TƏKLİF

20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank neftçilərə bu il də xüsusi fürsət təqdim edir. Belə ki, neftçilər 10.9%-dən başlayan ...

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...