Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahədə təhsili yoxdur. Müvafiq tibbi təhsili olmayanlara müraciət isə xoşagəlməz nəticələr doğurur.

 

Bəs kosmetoloqun peşəkar olub-olmadığını necə müəyyən etmək olar?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim kosmetoloq Lalə Orucova bildirib ki, bir çox şəxslər kurslara gedərək bu işi görürlər.

 

“Yəni onların tibbi təhsili yoxdur. Bundan məlumatsız olan vətəndaşlar isə prosedurdan sonra fəsadlarla üzləşirlər. Bu isə qeyri-peşəkar kosmetoloqların buraxdığı səhvlərlə əlaqədardır. Məhz bu baxımdan mütləq savadlı həkimlərə müraciət etmək lazımdır".

 

Lalə Orucova diqqətə çatdırıb ki, pasientlər həkimə gedən zaman preparatın şəklini çəksinlər və onun barədə məlumat alsınlar.

 

“Onlar həkimdən preparatın sertifikatını da tələb etməlidirlər. Pasientlərin əksəriyyəti, əsasən, qiymət baxımından ucuz olanı seçirlər. Amma kosmetoloji prosedurlar ucuz deyil. Deməli, bir prosedur ucuz edilirsə, o kosmetoloqdan şübhələnmək lazımdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Sülh üzrə Nobel mükafatının qalibi AÇIQLANDI

Nobel Komitəsi Sülh üzrə Nobel mükafatının laureatını açıqlanıb.   Sfera.az xəbər verir ki, 2024-cü il üzrə sözügedən mükafata Yaponiyanın &ldqu...

Bu klublar cərimələndi - SİYAHI

AFFA İntizam Komitəsi "Şamaxı", "Turan Tovuz" və "Sumqayıt" klublarını cərimələyib.   Sfera.az xəbər verir ki, bu barəd...

16 yaşı tamam olmamış qızla evləndi - Cinayət işi açıldı

Saatlı rayonunda yetkinlik yaşına çatmayan qızla evlənən gənc cinayət məsuliyyətinə cəlb edilib.   Sfera.az xəbər verir ki, Nərimankənd sakini olan 2...

Trampın bu qərarı Azərbaycanın mənzil bazarında ucuzlaşmaya səbəb olacaq - ŞƏRH

2024-cü ilin noyabrında ABŞ-də keçiriləcək növbəti prezident seçkilərinin nəticələri Azərbaycanın mənzil və daşınmaz əmlak bazarında qiymətlərə təsir edə bilər....

Azad edilən ərazilərdə yaradılacaq bələdiyyələrin sayı AÇIQLANDI

İşğaldan azad edilmiş ərazilərdə kəndlərin formalaşdırılması prosesi davam edir.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələl...

Sabah Bakıda yağış yağacaq, bölgələrdə dolu düşəcək - PROQNOZ

Oktyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarıma...