İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ərazisinə keçməyə doğru gedir. Daha böyük bir müharibənin başlanma riski var. Təəssüf ki, ABŞ heç nə edə bilmir”.

 

İranın savaşa qatılma ehtimalı varmı? Bu olarsa, Tehranı hansı aqibət gözləyir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Yaxın Şərqdə genişmiqyaslı müharibənin başlaması təhlükəsi var:

 

“Hazırda demək olar ki, İsrailin şimalı vizual olaraq Hizbullahın nəzarətindədir. Hizbullah da İsrailə qarşı əməliyyatları davam etdirəcəyini vurğulayır. Təbii ki, İsrail də buna cavabsız qalmır. Peycer əməliyyatı, həmçinin Qəzzada müəyyən briqadaların İsrailin şimal sərhədinə yerləşdirilməsi, Hizbullaha qarşı əməliyyatların başlaması əlbəttə, İranın burada mövqeyini ortaya çıxarır. İran İsrailin Livana qarşı hər hansı bir müharibəyə başladığı təqdirdə, sərt cavab verəcəyini qeyd edir. Amma düşünmürəm ki, rəsmi Tehran bunu etsin”.

 

Politoloq qeyd etdi ki, ABŞ və Böyük Britaniya bu istiqamətdə İrana xəbərdarlıq edib:

 

“Hesab edirəm ki, İsrail də Hizbullaha qarşı genişmiqyaslı əməliyyatlara başlamaya bilər. Lokal hərbi əməliyyatlar mümkündür. Bu istiqamətdə danışıqlar davam edir və qeyd etmək lazımdır ki, ABŞ, Böyük Britaniya Yaxın Şərqdə genişmiqyaslı savaşın əleyhinədir. Burada Körfəz ölkələrinin, Səudiyyə Ərəbistanının da rolu var. Ümumilikdə, İran müharibədən çəkilir. Ona görə də, İsrail-Hizbullah müharibəsi başlasa belə, Tehranın geniş şəkildə buna qoşulma ehtimalı yoxdur”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Fərid Qayıbov Bakıda səfərdə olan Mesut Özili qəbul edib - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan professor İrfan Gündüzü, onun rəhbərlik etdiyi nümayəndə heyətini və Mesut Özili qəbul edib. &nb...

“Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans keçirildi

“Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans keçirilib.   Sfera.az xəbər verir ...

Bu məşqçilər iki oyunluq cəzalandırıldı

AFFA-nın aşağı liqalarında çıxış edən iki komandanın köməkçi məşqçiləri 5 oyunluq cəza alıblar.   Sfera.az xəbər verir ki, bu barədə milli assosiasiy...

Sülh üzrə Nobel mükafatının qalibi AÇIQLANDI

Nobel Komitəsi Sülh üzrə Nobel mükafatının laureatını açıqlanıb.   Sfera.az xəbər verir ki, 2024-cü il üzrə sözügedən mükafata Yaponiyanın &ldqu...

Bu klublar cərimələndi - SİYAHI

AFFA İntizam Komitəsi "Şamaxı", "Turan Tovuz" və "Sumqayıt" klublarını cərimələyib.   Sfera.az xəbər verir ki, bu barəd...

16 yaşı tamam olmamış qızla evləndi - Cinayət işi açıldı

Saatlı rayonunda yetkinlik yaşına çatmayan qızla evlənən gənc cinayət məsuliyyətinə cəlb edilib.   Sfera.az xəbər verir ki, Nərimankənd sakini olan 2...