Peycer nədir və necə partladıla bilər? - AÇIQLAMA

Peycer nədir və necə partladıla bilər? - AÇIQLAMA

Son günlər peycer anlayışı aktual mövzulardan biri olub. İnsanların çoxu isə peycerin nə olduğundan məlumatsızdır.

 

Bəs peycer nədir və necə partladıla bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan texnobloger Fərid Pərdəşünas bildirib ki, peycer, əsasən, təhlükəsizlik və təcili vəziyyətlərdə istifadə olunan simsiz rabitə cihazıdır.

 

“Peycerlərin internet və GPS bağlantısı olmadığından telefonlara nisbətən daha təhlükəsiz hesab olunur. VHF (Very High Frequency) və UHF (Ultra High Frequency) bağlantılarından istifadə edir. Əksər peycerlər sadəcə tək tərəfli kommunikasiyanı dəstəkləyir, yəni sadəcə mesajla əmr ala bilirsən. Peycerlər vaxtilə şəhər daxili polis, səhiyyə işçiləri arasında sürətli əlaqə üçün istifadə edilirdi”.

 

Fərid Pərdəşünas qeyd edib ki, peycerlər radio dalğalardan istifadə edərək məlumat ötürən sadə mesajlaşma cihazıdır.

 

"Peycerləri partlatmaq üçün sözsüz ki, onun batareyasından istifadə etmək lazımdır. Əksər peycerlərdə litium-ion batareyalarından istifadə edilir. Bu batareyaları dalğalarla qızdırıb partlatmaq üçün onlar tam dolu olmalıdır. Bu qədər peycerin də dolu olma ehtimalı çox azdır. Bu səbəbdən partlayışa əsas şübhə peycerlərin istehsalında onların daxilinə yerləşdirilmiş balaca partlayıcı kartların olmasıdır. Bu isə uzaqdan işə salına bilən kartlar olub. Ən ağıla batan ehtimal budur”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

"Bələdiyyələrin əksəriyyətinin dövlətə borcu var və ya hesabları bağlıdır" - Deputat

Bələdiyyələrin əksəriyyətinin dövlətə borcu var və ya hesabları bağlıdır.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsin...

Mixeil Saakaşviliyə qarşı yeni ittiham irəli sürüldü

Gürcüstanın Baş prokurorluğu sabiq prezident Mixeil Saakaşviliyə qarşı yeni ittiham irəli sürüb.   Sfera.az xəbər verir ki, prokurorluğun bəyanatında...

Bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsinə başlanılır

19-20 oktyabr tarixlərində ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsi...

Azərbaycan – Slovakiya matçının hakimləri MÜƏYYƏNLƏŞDİ

UEFA Millətlər Liqasının C Divizionunda Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.   Sfera.az&...

Azərbaycanda 9 ayda orta illik inflyasiya 1,5 % olub - STATİSTİKA

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 101,5 %, o cümlədən qida məhsulları, iç...

"Media olaraq qarşımızda duran əsas məqsəd dəqiq və obyektiv prinsiplərə söykənməkdir" - Vüqar Zifəroğlu

"Siyasi sistemə qarşı qeyri-obyektiv, qərb dəyərləri kimi fikirlərdən, manipulyasiyadan istifadə edilir, Azərbaycan enerji ixracatçısı kimi hədəfə alınır&q...