“Qarabağda döyüş olsa, oğlanlarım getməsə, haqqımı halal etmərəm”- Millət vəkili

“Qarabağda döyüş olsa, oğlanlarım getməsə, haqqımı halal etmərəm”- Millət vəkili
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Nifaq” partiyasının sədri, Millət vəkili Xanhüseyn Kazımlının təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir "İşgüzar əməkdaşlığa hə, münaqişəyə, terrora və müharibəyə yox” şüarı altında baş tutub. Toplantının bəyanatında deyilir ki, "Biz müharibə istəmirik. Lakin buna hazırıq. Lazım gələrsə, Ali Baş Komandan İlham Əliyevlə birgə torpaqlarımızı azad edəcəyik”.

"Vəhdət” partiyasının sədri, deputat Tahir Kərimli, Azərbaycan Kigboks Federasiyasının Prezdenti deputat Adil Əliyev, deputat Musa Quliyev, Müdafiə Nazirliyinin Orkestr Tağımının rəhbəri Abdulla Qurbani və Xocalı faciəsi şahidlərinin iştirakı ilə keçirilən konfransda  Xocalı şəhidləri 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra Xanhüseyn Kazımlı ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımdan, neçə-neçə müsibət və bəlalardan danışıb. Müdafiə Nazirliyinin orkestr tağımının rəhbəri Abdulla Qurbani erməni havadarlarının düşmənlərimizə dəstəyindən bəhs edərək bildirib ki, hal-hazırda da ermənilərə dayaq duranlar qarşımızda maneədir.

 "Vəhdət” partiyasının sədri, deputat Tahir Kərimli isə çıxışına bunları əlavə edib:

"Mənim 3 oğlum var. Əgər onlardan biri Qarabağda döyüş olsa və iştirak etməsə, nə anaları südünü, nə də mən haqqımı halal etmərik”.

Xocalı soyqırımının şahidi, həmin dövrdə Milli Ordunun rabitəçi vəzifəsində çalışan Dürdanə Alayeva faciələrlə dolu tariximizdən danışaraq, yaşadıqlarını dilə gətirib.

"Gecə saat 11-i keçmişdi. İlk top atıldı və ondan sonra güllə səsləri eşidildi. Zirzəmilərdə gizlənməyə çalışdıq. Ancaq sonra məlumat gəldi ki, Xocalı hava limanı tutulub. Hava limanının tutulması elə şəhərin tutulması demək idi. Rabitəçinin üstünə düşməyən vəzifə olsa da, mən Rəhim Qazıyevlə əlaqəyə çıxıb kömək göndərməsini istədim. Xocalı elə köməksizlikdən getdi”.



OXŞAR XƏBƏRLƏR

Varlıların həyat tərzi planet üçün təhlükədir - Yeni TƏDQİQAT

Tədqiqatçılar planet əhalisinin müxtəlif təbəqələri arasında iqlimə təsirdə şok edici fərq aşkar ediblər.    Sfera.az xəbər verir ki, “Nat...

Bu parka gedənlər evlərinə varlanaraq dönürlər - FOTO

ABŞ-nin Arkanzas ştatında yerləşən və dünyada yeganə olan "Crater of Diamonds" Dövlət Parkı ziyarətçilərə real almaz axtarıb tapmaq və onu özləri ilə ...

"Real"ın gənc ulduzuna cinayət işi açıldı

"Real"ın gənc ulduzu Raul Asensio və onun klubun gənclərdən ibarət kollektivindəki keçmiş komanda yoldaşlarına qarşı cinayət işi açılıb.  ...

Ötən ay ən çox şikayət olunan banklar - Siyahı

Azərbaycan Mərkəzi Bankı (AMB) cari ilin aprel ayı ərzində bank müştәrilәrinin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksini acıqlayıb.   Sfe...

“Haka” rəqsi edən deputatlar cəzalandırıldı - "Bu ən sərt qərardır"

Yeni Zelandiya parlamentində keçirilən iclas zamanı “Haka” rəqsi edərək mübahisəli qanun layihəsinə etiraz edən üç deputata cəza verilməsi tövsiyə o...

Azərbaycanda ən yüksək maaş bu şəhərdədir - Bakı sıralamada ikincidir

2025-ci ilin aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanda ortaaylıq maaş 1084 manatdır. Bəzi şəhər və rayonlarda orta maaş səviyyəsi bu həddən yüksəkdir.&nbs...