Tanınmış diktor qəflətən dünyasını dəyişdi - FOTO

16:49 / 19.02.2019
11518
Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin diktoru dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, tanınmış diktor Sevinc Babayeva dünən 54 yaşında dünyasını dəyişib. Sevinc Babayeva 1965-ci ildə Bakı şəhərində doğulub. Tanınmış diktor uzun illər idi ki, Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətində çalışırdı.
Allah rəhmət eləsin!