İtaliyanın futbol klubu matçda 20 qol buraxdı
İdman
19:28 / 19.02.2019
3098
İtalyan klub 20 qol "yedikdən" sonra çempionatdan çıxarılıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyada C seriyasında iştirak edən "Pro Pyaçença” klubu "Kuneo” qarşısında daramadığın olduqdan sonra reqlamenti pozduğu üçün cəzalandırılıb.
Maliyyə çətinliklərinə görə komanda oyuna cəmi yeddi futbolçu çıxardıb. Səkizində oyunçu sənədlərini özüylə götürməyi unutduğu üçün oyuna çıxmayıb. Onun yerinə klubun fizioterapisti çıxıb. 0:20 hesablı məğlubiyyətdən sonra liqa rəhbərliyinin diqqətini çəkib. Araşdırmadan sonra məlum olub ki, klub oyunçularını lazımi qaydada qeydiyyatdan keçirməyb. Nəticədə "Pyançença”ya 0:3 hesablı texniki məğlubiyyət verilib və çempionatdan çıxarılıb. Bundan əlavə komanda 20 min avro məbləğində cərimələnib.
C seriyası İtaliyada futbol çempionatında önəminə görə üçüncü yerdədi. Burada 57 klub coğrafi mövqelərinə görə üç qrupda mübarizə aparır.
Sfera.az