Anqola Prezidenti İlham Əliyevə zəng etdi

Anqola Prezidenti İlham Əliyevə zəng etdi

Anqola Prezidenti Joao Lorenso mayın 8-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

 

Sfera.az xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları Azərbaycan ilə Anqola arasında ikitərəfli əlaqələrin, xüsusilə iqtisadi-ticari və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

 

Prezident Joao Lorenso COP29-da iştirak etmək üçün ölkəmizə səfər edən Anqolanın vitse-prezidenti Esperensa Costanın Bakıya səfərini və səfər çərçivəsində Azərbaycandan olan tərəf müqabilləri ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair görüşlər keçirdiyini bildirib.

 

Prezident İlham Əliyev Azərbaycanın Afrika ölkələri, o cümlədən Anqola ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyini deyərək, əməkdaşlığımızın müxtəlif sahələrdə inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.

 

Söhbət zamanı hələ keçmiş SSRİ dövründə Anqoladan olan tələbələrin ölkəmizdə təhsil aldıqları xatırlanıb və həmin şəxslərin bu gün Anqolanın inkişafına öz töhfələrini verdikləri məmnunluqla qeyd edilib.

 

Anqolanın hazırda Afrika İttifaqının sədrliyi funksiyasını yerinə yetirdiyini nəzərə alaraq, tərəflər Azərbaycan ilə Afrika İttifaqı arasında əməkdaşlıq məsələlərinə toxunublar.

 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...