ABŞ və Çin tarifləri endirəcək - Danışıqlar başlayır

ABŞ və Çin tarifləri endirəcək - Danışıqlar başlayır

Donald Tramp administrasiyası Çinə qarşı tətbiq etdiyi yüksək idxal rüsumlarını azaltmaq istəyir. Bu məqsədlə mayın 9-da ABŞ və Çinin yüksək səlahiyyətli nümayəndələrinin görüşü planlaşdırılır. 

 

Sfera.az "Bloomberg"ə istinadən xəbər verir ki, qarşılıqlı şəkildə tətbiq edilən yüksək idxal rüsumları hər iki ölkənin iqtisadiyyatına mənfi təsir etməyə başlayıb.

 

Bunu nəzərə alaraq tərəflər daha uyğun tariflərlə razılaşmaq üçün görüşəcəklər. 

 

Görüşdə ABŞ-ni maliyyə naziri Skott Bessent, Çini isə Baş nazirin müavini He Lifenq təmsil edəcək. Bu gün Cenevrədə başlayacaq danışıqlarda ABŞ tərəfi ilk addım kimi idxal rüsumlarını 60 faizdən aşağı salmağı təklif edəcək. 


İki gün davam edəcək danışıqlarda irəliləyiş əldə olunarsa, bu azalmalar gələn həftədən tətbiq olunmağa başlaya bilər. Mənbələr danışıqların ilkin xarakter daşıyacağını və hər iki tərəfin üzləşdiyi çoxsaylı problemlərin həlli yollarını tapmaqdan daha çox şikayətlərin səsləndirilməsinə yönələcəyini bildirib.

 

Mənbələr əlavə edib ki, vəziyyət qeyri-müəyyəndir və yaxın perspektivdə gömrük rüsumlarının azaldılması qeyri-müəyyəndir. ABŞ-nin əsas tələbləri arasında maqnit istehsalında istifadə edilən nadir torpaq elementlərinə Çin tərəfindən qoyulan ixrac məhdudiyyətlərinin aradan qaldırılmasıdır. 


Vasif
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Plan, nəzarət, iradə: Pulu düzgün idarə etməyin ƏSAS ŞƏRTLƏRİ

Pulu qazanmaq asandır, xərcləmək çətin. Bu fikrə ədəbiyyatlarda və sosial həyatda tez-tez rast gəlirik. Mütəxəssislər də təsdiqləyir ki, pulu qazanmaq qədər, on...

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...