Hindistan Azərbaycanı boykot etdi - Nələr yaşanacaq?

Hindistan Azərbaycanı boykot etdi - Nələr yaşanacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycan Pakistanı dəstəklədiyi üçün Hindistanda ölkəmizə qarşı boykot elan edilib. Hindli rəsmilər Azərbaycana səfər etməməyi və Azərbaycan malları almamağa çağırıb. Hind blogerləri isə “X” şəbəkəsində "Boycott Azerbaijan" kampaniyasına başlayıblar. 

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin sədri Elvin Abbasov Hindistanın boykotunun kibertəhlükə riski yarada biləcəyini deyib.

 

 

Onun sözlərinə görə, Hindistanın Azərbaycan əleyhinə başladığı kütləvi boykot kampaniyasının təsirləri yalnız ticarət müstəvisi ilə məhdudlaşmaya bilər:

 

“Belə hallar təcrübədə göstərir ki, iqtisadi təzyiqlə başlayan proseslər zamanla digər sahələrə, xüsusilə də informasiya təhlükəsizliyi müstəvisinə keçə bilər.Bu kontekstdə Hindistan mənşəli haker qruplarının fəaliyyət ehtimalı da nəzərdən qaçırılmamalıdır. Məlumdur ki, müxtəlif ölkələrdə ictimai narazılıq fonunda qeyri-rəsmi haker qrupları dövlət siyasətindən kənar, lakin onunla paralel şəkildə kiberhücumlar həyata keçirə bilirlər”.

 

Mütəxəssis nəzərə çatdırıb ki, bu səbəbdən, aidiyyəti qurumlar və strateji informasiya sistemləri mümkün təhdidlərə qarşı qabaqlayıcı tədbirlər planı hazırlamalı, kibertəhlükəsizlik səviyyəsini gücləndirməlidirlər.

 

Firuzə Əliyeva
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...