İki qardaş xalqın arasını heç kim vura bilməz- Millət vəkili

İki qardaş xalqın arasını heç kim vura bilməz- Millət vəkili
Fevralın 15-də Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz.

Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Azərbaycan və Çeçenistan xalqları arasında tarixin çox dərinliklərindən gələn və çoxsaylı sınaqlardan keçən dostluq və qardaşlıq münasibətləri mövcuddur: "Bu münasibətləri heç kəs sarsıda biməz, ona zərbə vura bilməz. Ən yaxın siyasi tariximizin çətin dövrlərində də sübut olunub ki, çeçenlər və azərbaycanlılar əcdadlarımızdan bizə miras qalan dostluq və qardaşlıq ənənələrinə sadiqdirlər. Şimali Qafqaz münaqişəsi zamanı minlərlə çeçen Azərbaycana pənah gətirməli oldu. Azərbaycanlılar da Şimali Qafqazda yaşayan çoxsaylı xalqlarla ənənəvi dostluq münasibətlərini daima inkişaf etdirərək diqqət mərkəzində saxlayıblar".

H.Babaoğlu qeyd edib ki, Azərbaycan Prezidenti Rusiya Federasiyasının regionları ilə əməkdaşlıq çərçivəsində Şimali Qafqaz xalqları ilə münasibətlərin dərinləşməsinə böyük diqqət göstərir: "Elə Çeçenistan Prezidenti Ramzan Kadırov da daxil olmaqla, qonşu subyektlərin hamısının rəhbərləri ilə Azərbaycanın xüsusi münasibətləri var".

Millət vəkili vurğulayıb ki, məişət zəminində hadisəni milli münaqişə kimi təqdim etmək olmaz:

"Elə azərbaycanlıların da öz aralarında münaqişə zəminində Moskvada və Rusiyanın digər yerlərində bir-birinə xətər yetirdiyi, hətta ölümlə nəticələnən cinayət hadisələri törətdiklərini bilirik. Ancaq mən məsələnin bir başqa aspektinə də diqqəti yönəltmək istəyərdim. Bu, məişət hadisəsinə milli münaqişə rəngi verməkdə maraqlı olan üçüncü qüvvələr ola bilər. Məsələnin xoşagəlməz tərəfi də budur".Publika

OXŞAR XƏBƏRLƏR

"Real"ın gənc uluzuna cinayət işi açıldı

"Real"ın gənc ulduzu Raul Asensio və onun klubun gənclərdən ibarət kollektivindəki keçmiş komanda yoldaşlarına qarşı cinayət işi açılıb.  ...

Ötən ay ən çox şikayət olunan banklar - Siyahı

Azərbaycan Mərkəzi Bankı (AMB) cari ilin aprel ayı ərzində bank müştәrilәrinin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksini acıqlayıb.   Sfe...

“Haka” rəqsi edən deputatlar cəzalandırıldı - "Bu ən sərt qərardır"

Yeni Zelandiya parlamentində keçirilən iclas zamanı “Haka” rəqsi edərək mübahisəli qanun layihəsinə etiraz edən üç deputata cəza verilməsi tövsiyə o...

Azərbaycanda ən yüksək maaş bu şəhərdədir - Bakı sıralamada ikincidir

2025-ci ilin aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanda ortaaylıq maaş 1084 manatdır. Bəzi şəhər və rayonlarda orta maaş səviyyəsi bu həddən yüksəkdir.&nbs...

Aparıcı Zaurla Günayın xaricə köçməsi iddiasına ATV-dən REAKSİYA

Tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramları...

Zelenskidən Putinə MESAJ: "Mən burdayam!" – VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfərini Rusiya lideri Vladimir Putin üçün "çox aydın siqnal" adlandırıb.   Sfera.az x...