Deputat: “Qanun meyit donordan orqan köçürülməsi üçün kifayət deyil”

Deputat: “Qanun meyit donordan orqan köçürülməsi üçün kifayət deyil”
Milli Məclisin Səhiyyə komitəsinin üzvi Musa Quliyev deyir ki, artıq işçi qrupu tərəfindən yeni qanun üzərində işlər gedir

"1999-cu ildə "İnsan orqan və toxumaların transplantasiyası haqqında” qanun qəbul edilib. Bu gün də həmin qanun qüvvədədir. Lakin meyit donordan orqanın köçürülməsi üçün bu qanun kifayət deyil”. Bunu açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvi Musa Quliyev deyib.

"Bu məqsədlə Milli Məclisin Səhiyyə komitəsində işçi qrupu yaradılıb. Artıq işçi qrupu tərəfindən yeni qanun üzərində işlər gedir. İşçi qrupu qanun layihəsini hazır hesab etdikdə isə onu Səhiyyə komitəsinin müzakirəsinə təqdim edəcək. Komitənin müzakirəsindən sonra isə rəylərinin alınması üçün qanun layihəsi müvafiq nazirliklərə göndəriləcək. Daha sonra işçi qrupu verilən təklifləri dəyərləndirəcək. Yalnız bundan sonra qanun layihəsi yenidən müzakirəyə çıxarılacaq. Komitə məsləhət görərsə, Milli Məclisə tövsiyə ediləcək. Hazırda meyitdən donor köçürülməsi təcrübəsini mənimsəmək üçün başqa ölkələrin də praktikasını öyrənir, mütəxəssislər dəvət edirik. Türkiyənin "Orqan Donorluğu" adlanan qurumu ilə də bu istiqamətdə müzakirələr aparılır. Müzakirə edilən qanun layihəsi üçün onların da rəyini öyrənəcəyik” – deyə millət vəkili əlavə edib.sputnik.az

OXŞAR XƏBƏRLƏR

Ərdoğan və Zelenski görüşü başladı

Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski arasında Ankarada danışıqlar başlayıb.   Sfera.az Türkiyə mediasına istinad...

Terror təşkilatlarını hansı ölkələr maliyyələşdirir? - SİYAHI

Son onilliklər ərzində beynəlxalq təhlükəsizlik üçün əsas təhdidlərdən biri terrorizmin artması və yayılması olub. Bu təhdidin daha da dərinləşməsində terror qr...

15 May - Beynəlxalq Ailə Günüdür

15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 1993-cü ildən etibarən təsis edilən bu günün məqsədi ailə i...

Putinlə Ənvər İbrahim arasında “taxt” dialoqu - VİDEO - FOTO

Moskvaya səfər edən Malayziya Baş naziri Ənvər İbrahimlə Rusiya Prezidenti Vladimir Putin arasında maraqlı və gülməli dialoq yaşanıb.   Sfera.az &ldq...

Yaşıl Dünya hərəkatında Azərbaycanın rolu

May ayının 15-i bütün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Belə bir xüsusi günün təsis edilməsində əsas məqsəd indiki və gələcək nəsillərin rifahına ...

Koronavirus yenidən QAPIDA - Yoluxmalarla bağlı SON RƏQƏMLƏR

Xəbər verdiyimiz kimi, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub. Nazir bu səbəbdən Bakıda keçirilən “Caspian Agro...