Rusiyaya qarşı növbəti sanksiya, nəhayət nəticə verəcəkmi?- şərh

Rusiyaya qarşı növbəti sanksiya, nəhayət nəticə verəcəkmi?- şərh

"Putin rejimini bu cür sanksiyalarla geri çəkilməyə məcbur etmək əbəsdir”

 

Sfera.az-a açıqlamasında bu sözləri ABŞ Senatının Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşmasına münasibət bildirərkən politoloq Natiq Miri deyib.

 

Həmsöhbətimiz bildirdi ki, Putin kimi sərt siyasət tərəfdarının mövcud olduğu bir şəraitdə həmin sanksiyalar nəticə verməyəcək:

 

"Bilirsiniz ki,  ABŞ Rusiyaya qarşı sanksiyalar siyasəti yürütməklə bir növ onu öz rəqibi olaraq sıradan çıxarmaq siyasəti yürüdür. Yəni bir növ Rusiyanın öz siyasətinə uyğun davranmağa məcbur etmək istəyir. Rusiya hərbi cəhətdən nə qədər güclü olsa da, iqtisadi sistem baxımından o qədər də güclü sistemə malik ölkə deyil. Xüsusən də Rusiya büdcəsinin 65 faizinin enerji daşıyıcılarından gələn gəlirlər təşkil etdiyini nəzərə alsaq, bu hal həmin ölkə iqtisadiyyatının  o qədər də parlaq olmadığını ortaya qoyur.  Bu baxımdan Vaşinqton Rusiyaya qarşı iqtisadi sanksiyalar  tətbiq etməklə bir növ onun iqtisadiyyatını çökdürmək və şimal ölkəsini idarə olunan vəziyyətə gətirmək istəyir. Artıq 10 ilə yaxındır ki, ABŞ və müttəfiqləri Rusiyaya münasibətdə sanksiyalar sistemini tətbiq edir. Ancaq buna rəğmən Moskva nə Suriyadakı varlığından, nə də ki, Ukraynadakı işğal siyasətindən vaz keçməyib. Əksinə, hazırda Suriyada ən həlledici siyasi amillərdən biri məhz Rusiyadır. Rusiya həmçinin Ukraynanın Krım əyalətini işğal etməsinə rəğmən, hələ də bu ölkənin cənub-şərq əyaləti olan Donbasın da bir hissəsini işğalda saxlamaqda davam edir. Paralel olaraq bu sərhədlərdə Rusiya güclü  hərbi texnika və canlı qüvvə yığmaqla hələ də Ukraynanın təhlükəsizliyini təhdid edir.

Bu faktlar göstərir ki, Rusiya bütün bu kimi ağır sanksiyalara rəğmən hələ də ayaqdadır və öz geosiyasi maraqlarından vaz keçmək fikrindədeyil.  Venesuelada baş verən hadisələrə də diqqət yetirək. Bu ölkə Rusiyadan çox-çox uzaqda olsa da, Moskva bilavasitə bu bölgəyə dəiqtisadi və hərbi cəhətdən müdaxilə etmiş vəziyyətdədir. Şimal ölkəsinin 2 ağır bombardımançı təyyarəsi hələ dəVenesueladadır. Bundan başqa, Maduro hakimiyyətini qorumaq üçün Rusiyadan 500-dən artıq muzdlu əsgər göndərilib. Yəni Rusiya bu qədər ciddi və kəskin sanksiyalara rəğmən hələ də ABŞ qarşısında nəinki güzəştlərə getmir, əksinə bütün sahələrdə Vaşinqton qarşısında dik durmaqda davam edir. Ona görə də  zənn edirəm ki, növbəti sanksiyalar vasitəsilə Rusiyanı qlobal geosiyasi iddialarından vaz keçirməyə məcbur etmək mümkün olmayacaq. Doğrudur, bu sanksiyalar Rusiyaya ciddi zərər verir. Ancaq onu da diqqətdən qaçırmayaq ki, Rusiyada Putin kimi sərt rejim ustası hakimiyyətdədir. Belədə Putin rejiminin bu sanksiyalarla asanlıqla geri çəkiləcəyini zənn edirlərsə, bunların əbəs olduğunu düşünürəm”.

 

Qeyd edək ki, ABŞ-ın demokrat vərespublikaçı senatorları Rusiyaya qarşı yeni sanksiyalar barədə qanun layihəsini gündəliyə daxil ediblər.

Bu barədə senator Bob Menendes yaydığı bəyanatında deyib.

 

"Hərtərəfli qanunvericilik Rusiyanın xarici ölkələrdə gedən demokratik proseslərə müdaxiləsinə, Suriyaya göstərdiyi zərərli təsirlərə və Ukraynaya qarşı təcavüzünə, o cümlədən Kerç boğazındakı insidentə cavab olaraq Rusiya Federasiyasına iqtisadi, siyasi və diplomatik təzyiqi artırmağa yönəlib”-deyə o vurğulayıb.

 

ELÇİN


OXŞAR XƏBƏRLƏR

Bu parka gedənlər evlərinə varlanaraq dönürlər - FOTO

ABŞ-nin Arkanzas ştatında yerləşən və dünyada yeganə olan "Crater of Diamonds" Dövlət Parkı ziyarətçilərə real almaz axtarıb tapmaq və onu özləri ilə ...

"Real"ın gənc ulduzuna cinayət işi açıldı

"Real"ın gənc ulduzu Raul Asensio və onun klubun gənclərdən ibarət kollektivindəki keçmiş komanda yoldaşlarına qarşı cinayət işi açılıb.  ...

Ötən ay ən çox şikayət olunan banklar - Siyahı

Azərbaycan Mərkəzi Bankı (AMB) cari ilin aprel ayı ərzində bank müştәrilәrinin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksini acıqlayıb.   Sfe...

“Haka” rəqsi edən deputatlar cəzalandırıldı - "Bu ən sərt qərardır"

Yeni Zelandiya parlamentində keçirilən iclas zamanı “Haka” rəqsi edərək mübahisəli qanun layihəsinə etiraz edən üç deputata cəza verilməsi tövsiyə o...

Azərbaycanda ən yüksək maaş bu şəhərdədir - Bakı sıralamada ikincidir

2025-ci ilin aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanda ortaaylıq maaş 1084 manatdır. Bəzi şəhər və rayonlarda orta maaş səviyyəsi bu həddən yüksəkdir.&nbs...

Aparıcı Zaurla Günayın xaricə köçməsi iddiasına ATV-dən REAKSİYA

Tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramları...