Paytaxtda qəribə fırıldaqçılıq törədilib - VİDEO

Paytaxtda qəribə fırıldaqçılıq törədilib - VİDEO
 
Paytaxtda qəribə fırıldaqçılıq törədilib. Belə ki, bir nəfər hovuz aksesuarları mağazasına zəng edərək məhsul sifariş verib. Sfera.az "Xezerxeber.az"a istinadən xəbər verir ki, mağaza sahibinə deyib ki, məhsulları tanış sürücü ilə yola sal, pulunu ödəyəcəm. Dükan sahibi dırnaqarası müştərinin dediyi kimi edib, amma nəticə tamam fərqli olub.

Paytaxtın Xətai rayonunda hovuz aksesuarları mağazasında işləyən Bayram Əsədliyə fırıldaq gələrək xeyli malını ələ keçiriblər.

Hadisə bir neçə gündən bundan əvvəl baş verib. Belə ki, bir nəfər ona dəfələrlə zəng edərək məhsul almaq istədiyini deyib.Sonda tərəflər arasında razılıq əldə edilib. Sifariş verən şəxs Bayram Əsədliyə deyib ki, tanıdığı taksi sürücüsü ilə məhsulları Binəqədi rayonuna yola salsın. Mağaza sahibi elə müştərinin dediyi kimi edib.

Amma həmin adam tamam başqa cür hərəkət edib. Taksi sürücüsünü aldadaraq aradan çıxıb.

Mağaza sahibi onun su almaq adı ilə girdiyi dükanda kameraya düşmüş görüntülərini əldə etdiyini iddia edir. O bu görüntülər vasitəsilə fırıldaqçının tezliklə tapılacağına ümid edir.

Mağaza sahibi hadisə ilə bağlı artıq hüquq mühafizə orqanlarına da müraciət edib.
 


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...