“Coca Cola” qəhvə də satacaq - 4,9 milyard dollarlıq müqavilə

İqtisadiyyat
07:04 / 04.01.2019
1533
"Coca Cola Company” "Costa Coffe” brendini "Whitbread PLC” şirkətindən aldığını elan edib.
Müqaviləninn dəyəri 4,9 milyard dollar təşkil edib.
Məlumata görə, "Coca Cola” qəhvə sektoruna qoyduğu bu investisiya ilə 30-dan çox ölkədə fəaliyyət göstərəcək.
Qeyd edək ki, içkilər istehsal edən "Coca Cola Company” 1886-cı ildə ABŞ-da yaradılıb.