Bu qışın qripi niyə daha təhlükəlidir?

Bu qışın qripi niyə daha təhlükəlidir?
 2017-2018-ci ilin qrip mövsümü bütün payızı və qışı əhatə edib. İndiki qrip ağırlığına görə 2009-cu ilin donuz qripinə bənzəyir. Yanvarın 13-dək iki həftə ərzində baş verən bütün ölüm hallarnın 10 faizi sətəlcəm və qripə görə olub. Bu hədd epidemiya səviyyəsindən daha yüksəkdir.

Bu il xəstəxanalara düşənlərin 51 faizi qrip və onunla əlaqədar fəsadlara görə xəstələnib. Amerikada artıq indiyədək 50 uşaq qripdən vəfat edib. Görəsən bu qışın qripi niyə bu qədər sərtdir?

"The Economist" yazır ki, adətən ağır qrip mövsümlərindən danışarkən, 1918-1920-ci illərin qrip epidemiyaları yada düşür. O epidemiyalarda qripə dünya üzrə 500 milyon insan yoluxmuş, bunlardan 1918-ci ildə 50, 1920-ci ildə isə 100 milyon insan tələf olmuşdu. O vaxtlar qrip elə bir miqyas almışdı ki, insanları dəfn etmək üçün tabut çatışmırdı.

Məqalədə deyilir ki, builki pandemiyanın belə sərt olması qripin bu virusunun yeni olması ilə bağlıdır. Adətən qrip virusunun yeni ştamlarını onlar əhalini "vuranadək" tanımaq olmur.

Bir çox ağır xəstəliklərin müalicəsi və praktikasını bacaran müasir təbabət elmi qripi hələ də proqnozlaşdıra bilmir.


Bu ilki qrip virusu bədənin əvvəlki ştamlara hazırladığı müdafiə sistemini asanlıqla yarıb keçir

1918-ci ilin pandemiyasından zəif olsa da, bu mövsümün qripini ağırlaşdıran bir sıra faktorlar mövcuddur. Bu qripi törədən virus ştammı köhnə ştammın H3N2 kimi tanınan alt tipidir.

Məqalədə deyilir ki, ilk dəfə 50 il əvvəl müəyyən edilmiş bu virus çevik mutasiya qabiliyyətinə malikdir. Bu isə o deməkdir ki, virus bədənin əvvəlki ştamlara hazırladığı müdafiə sistemini asanlıqla yarıb keçir. Nəticədə ötən ilin əvvəllərində hazırlanmış vaksin artıq bu qrip üçün işləmir.

Avstraliya və Kanadadan alınmış məlumatların təhlili göstərir ki, vaksinlər indiki qripin qarşısını yalnız 10 faiz hallarda ala bilib. Halbuki normal zərdablar üçün bu rəqəm adətən 30-60 faiz arası olmalıdır.

Lakin ən pis hallarda da vaksinlər qripin ən azı sərtliyini ala bilir.

Alimlər bildirirlər ki, vaksinləri gücləndirməyin yollarından biri də onların virusun başının yox, gövdəsinin hədəfləməsi ola bilər. Çünki virus ən çox gövdə hissəsində mutasiyaya məruz qalır.

Digər bir yol genetik dəyişdirmə üsulu ilə alınmış viruslar ola bilər. Belə viruslardan alınmış vaksinlər insanın immun sisteminin daha çevik reaksiyasını təmin edərdi.

Mənbə: BBC

OXŞAR XƏBƏRLƏR

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...