Bakıda oğurluq edən dəstə tutuldu - aralarında qız da var - Foto -VİDEO

Bakıda oğurluq edən dəstə tutuldu - aralarında qız da var - Foto -VİDEO
 Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində silsilə oğurluq cinayətləri törədən şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə, o cümlədən oğurluq cinayətlərinin qarşının vaxtında alınması işi uğurla davam etdirilir.

Belə ki, fevralın 7-də gecə saatlarında Bakıxanov qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan” siqnalı daxil olub.

Dərhal idarənin xidmətdə olan əməkdaşları 1 dəqiqə ərzində hadisə yerinə çatıblar. Obyektə baxış zamanı mağazanın qapısının naməlum şəxslər tərəfindən sındırıldığı və oğurluğa cəhd olunduğu müəyyən edilib. Həmin cinayəti törətməkdə şübhəli bilinən, aralarında qız da olan 4 nəfərdən ibarət dəstə hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisi əməkdaşlarının çevikliyi sayəsində saxlanılaraq 13-cü Polis Bölməsinə təhvil veriliblər.

Bölmədə şəxsiyyətləri dəqiqləşdirilən zaman onların heç birinin yetkinlik yaşına çatmadığı müəyyən edilib. Araşdırma zamanı bu şəxslərin Sabunçu, eləcə də paytaxtın digər rayonlarında silsilə oğurluq cinayətləri törətdikləri məlum olub. Belə ki, saxlanılan şəxslərlə aparılan söhbətlər zamanı onların qrup halında 14 yanvar tarixində Sabunçu rayonunda yerləşən bir aptekdən 499 manat, eləcə də yanvarın 25-də Bakıxanov qəsəbəsində yerləşən marketdən pul və tütün məmulatları oğurladıqları məlum olub. Həmçinin bu şəxslər Yasamal, Nərimanov və Binəqədi rayonlarında yerləşən bir neçə market və aptekdən oğurluq etdiklərini etiraf ediblər.

Qeyd edək ki, saxlanılan şəxslərin Sabunçu rayonda etdikləri oğurluqlar həmin obyektlərin təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb. 
Saxlanılan şəxslər barəsində toplanan materiallar prosessual qərar qəbul edilməsi və araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
 
                       
 

 

 


OXŞAR XƏBƏRLƏR

Prezident Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-...

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...

Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdilər

Ulu öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.   Sfera.az xəbər verir ki, dövlət qurumları...

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...