Bu yalan və həyasızlıqdan başqa bir şey deyil - MN-dən cavab

Bu yalan və həyasızlıqdan başqa bir şey deyil - MN-dən cavab

"Ermənistanın Müdafiə nazirinin bu sözlərini acı istehza ilə qarşılayır və bildiririk ki, heç bir real fakta əsaslanmayan, təbliğat məqsədilə yayılan onun bu diletant çıxışı yalan və həyasızlıqdan başqa bir şey deyil”.


Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın müharibədə ölkəmizə ağır zərbə vurulacağı və Azərbaycan ordusunun guya son 10 gün ərzində 8 nəfər itki verməsi barədə fikirlərinə cavab olaraq bildirilib.

"Azərbaycana ağır zərbə vurulmasına Ermənistanın nə hərbi, nə iqtisadi, nə insani resursları, nə də digər amillər imkan verir.

Azərbaycan əsgəri və Ordunun arsenalındakı ən müasir və dağıdıcı qüvvəyə malik döyüş texnikası və silahlar işğalçının istənilən təhdidinin qarşısını almağa, onu məhv edərək ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir.

İtkilərlə bağlı məsələdə isə məqsədəuyğun olardı ki, Sarkisyan öz ordularındakı ölüm hadisələri ilə məşğul olsun. Cəbhədəki itkilərinin sayını və ordusundakı digər ölüm faktlarını daim gizlədən məhz Ermənistan tərəfidir. Bu cür cəfəng bəyanatlar səsləndirmək əvəzinə, Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində ermənilərin son günlərdə verdiyi itkilərin həqiqi sayını ictimaiyyətə düzgün çatdırsaydı, Sarkisyan daha səmimi görünərdi”, – deyə MN-dən qeyd olunub.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...